AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Çavuşoğlu Səudiyyə Ərəbistanından olan həmkarı ilə danışıb
  • Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”
  • “Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” – İlham Əliyev
  • İlham Əliyev Ərdoğana zəng etdi
  • Rusiya və Ermənistanın XİN başçıları İrəvan-Bakı münasibətlərini müzakirə ediblər
  • Ərdoğan: “Belə sülh olmur, siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız”
  • Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur – Ərdoğan
  • Bakıda keçmiş işçisi şirkət rəhbərini aldadaraq 32 min manat alıb
  • Türkiyə öz vətəndaşını BKS-ə göndərməyə hazırlaşır
  • Ərdoğan: “Türkiyə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq”
  • “Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” – İlham Əliyev
  • İlham Əliyev Ərdoğana zəng etdi
  • Rusiya və Ermənistanın XİN başçıları İrəvan-Bakı münasibətlərini müzakirə ediblər
  • Ərdoğan: “Belə sülh olmur, siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız”
  • Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur – Ərdoğan
  • Bakıda keçmiş işçisi şirkət rəhbərini aldadaraq 32 min manat alıb
  • Naxçıvana gedən təyyarə enə bilmədi
  • Paşinyan da sərhədlə bağlı komissiya yaratdı
  • Ağdam şəhərinin su problemi müzakirə olundu – Fotolar
  • Delimitasiya üzrə ekspert qrupu yaradılacaq
  • Prezident Ermənistanla bağlı komissiya yaratdı – Sədr o oldu
  • ABŞ-dan Azərbaycan-Ermənistan dialoqu barədə – Açıqlama
  • İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
  • Lavrov Brüssel görüşü barədə Ceyhun Bayramovdan məlumat aldı
  • Ölmüş heyvan əti satışa çıxarılıb – Foto
  • Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
KVN komandamıza “Şuşa” adını kim qadağan edib? – Müşfiq Abbasovdan açıqlama – VİDEO
23/01/2022 10:28
İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
23/05/2022 18:56
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
23/05/2022 13:40
Türkiyəli pilotlar Bakı səmasında – Video
23/05/2022 12:46
Şuşa Real Məktəbi belə olacaq – Video
23/05/2022 12:00
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO
22/05/2022 12:21
Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video
21/05/2022 15:02
FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video
21/05/2022 11:57
Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video
21/05/2022 09:41
Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video
20/05/2022 18:15
Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO
20/05/2022 16:03
FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video
20/05/2022 12:18
Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO
19/05/2022 23:47
Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video
19/05/2022 15:46
Ötən sutka 4 nəfər xilas edilib – Video
19/05/2022 11:06
Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video
19/05/2022 01:11
Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video
18/05/2022 20:09

Video xəbərlər

  • İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
  • “Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
  • Türkiyəli pilotlar Bakı səmasında – Video
  • Şuşa Real Məktəbi belə olacaq – Video
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

24/05/2022
00:41 Çavuşoğlu Səudiyyə Ərəbistanından olan həmkarı ilə danışıb
00:27 Zelenski: “Vasitəçilərlə görüş istəyim yoxdur, Putindən başqa heç kimi qəbul etmirəm”
23/05/2022
23:09 “Zəngəzur dəhlizinin açılması barədə razılığa gəldik” – İlham Əliyev
22:56 İlham Əliyev Ərdoğana zəng etdi
22:23 Rusiya və Ermənistanın XİN başçıları İrəvan-Bakı münasibətlərini müzakirə ediblər
22:20 Ərdoğan: “Belə sülh olmur, siz ancaq terror təşkilatları ilə əl-ələ gəzməyi bacarırsınız”
22:12 Mənim üçün artıq Mitsotakis adlı şəxs yoxdur – Ərdoğan
22:09 Bakıda keçmiş işçisi şirkət rəhbərini aldadaraq 32 min manat alıb
22:02 Türkiyə öz vətəndaşını BKS-ə göndərməyə hazırlaşır
21:47 Ərdoğan: “Türkiyə sərhədlərində antiterror əməliyyatlarına başlayacaq”
21:41 Türkiyədə avtobus qəzaya uğrayıb, onlarla insan xəsarət alıb  
21:24 Naxçıvana gedən təyyarə enə bilmədi
20:32 Bu ərazidə su kəsiləcək
19:50 Paşinyan da sərhədlə bağlı komissiya yaratdı
19:31 Ağdam şəhərinin su problemi müzakirə olundu – Fotolar
19:24 Delimitasiya üzrə ekspert qrupu yaradılacaq
19:21 Prezident Ermənistanla bağlı komissiya yaratdı – Sədr o oldu
19:06 ABŞ-dan Azərbaycan-Ermənistan dialoqu barədə – Açıqlama
18:56 İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
18:54 Lavrov Brüssel görüşü barədə Ceyhun Bayramovdan məlumat aldı
18:44 Azərbaycan hərbçiləri “Efes-2022″də növbəti mərhələnin tapşırıqlarını icra edib
18:42 Bakıda binaya güllə atılması xəbəri ilə bağlı – DİN-dən açıqlama
18:36 Ölmüş heyvan əti satışa çıxarılıb – Foto
18:18 Baş nazir görüş keçirdi
18:09 Rusiya və Ermənistan XİN başçıları demarkasiya ilə bağlı komissiyanın yaradılmasından danışıblar
18:02 Çavuşoğlu İsrail və Fələstinə səfər edəcək
17:51 Rusiyanın yüksəkranqlı diplomatı istefa verib: “Utanıram”
17:50 İsraildəki Ukrayna vətəndaşları işlə təmin olunacaq
17:48 Lavrov Mirzoyanla sərhədlərin delimitasiyasını müzakirə etdi
17:36 Öldürdüyü qadının pullarını götürüb sevgilisi ilə Şamaxıya getdi – Təfərrüat
17:18 “Time” 2022-ci ilin ən nüfuzlu şəxsiyyətlərin adını açıqlayıb
17:02 Son tikəsini də məşhurlara yedirən həriflər… – TikTokda nələr baş verir?
16:59 Kim Çen In İlham Əliyevə məktub göndərdi
16:53 KİV: “Almaniya Ukraynaya tank tədarükünün qarşısını alır”
16:45 Vaksinasiya ilə bağlı son statistika
16:36 Son sutkada COVID-19-dan sağalan və ölən olmayıb
16:17 BMT: “Fevral ayından indiyədək 6,5 milyon nəfər Ukraynanı tərk edib”
16:00 İran-Azərbaycan sərhədində gərginlik, saxlanılan var
15:57 Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir
15:53 Hava pisləşəcək – Xəbərdarlıq
15:38 Kiçikhəcmli gəmi istifadəçiləri üçün maarifləndirmə tədbirləri keçirildi – Fotolar
15:22 “Beynəlxalq birlik tez bir zamanda sülhün əldə edilməsinə tərəfdardır” – RƏY
15:15 Almaniyada meymun çiçəyinə 4 yoluxma qeydə alınıb
15:12 ATƏT Brüssel görüşünü alqışlayır
15:09 “Həmin oyunda həyatımı verməyə hazır idim”
14:56 Avtomobildə yanmış meyiti tapılan kişi və qızla bağlı – Yeni detallar
14:53 Ekspert: “İrəvan regionda sülh və təhlükəsizliklə bağlı razılaşmalara ciddi yanaşmalıdır”
14:35 İranda bina çökdü – Ölən və yaralananlar var
14:32 Ərdoğan: “Türkiyə NATO müttəfiqlərindən gözlənilən dəstəyi almayıb”
14:27 Rüstəm Muradovun Ukraynada öldürülməsi xəbəri ilə bağlı açıqlama
14:26 Türkiyə və Latviya XİN başçıları arasında telefon danışığı olub
14:24 “Səlimin səhhəti çox pisdir, dünəndən ağlayırıq”
14:03 Sabah hava necə olacaq?
13:47 İranda çoxmərtəbəli metropol binası çöküb
13:40 “Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
12:57 Metyu Brayza: “Şarl Mişelin bəyanatı 44 günlük müharibədən sonra ən müsbət məqamdır”
12:54 Keşlədə etirazlara səbəb olan gecə klubu fəaliyyətini dayandırdı
12:46 Türkiyəli pilotlar Bakı səmasında – Video
12:43 “Bu şou Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək” – Fotolar
12:27 Emin Əmrullayev Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşdü – Foto

Əvvəlki xəbərlər

Facebook-da izləyin

KVN komandamıza “Şuşa” adını kim qadağan edib? – Müşfiq Abbasovdan açıqlama – VİDEO

Multimedia 23/01/2022 10:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandası adını “Buta” olaraq dəyişib.

Komandanın rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov məsələ barədə açıqlama verib.

“Birinci turda bütün komandalar iştirak edirlər. Bu tura KVN-in 10-dək redaktoru baxır. Komandanın aqibəti ikinci turdan sonra məlum olur.

Birinci turdan sonra iclas oldu. İclasda redaktorlardan biri – Araik soyadlı redaktor dedi ki, filan komandalar ikinci tura keçir, “Şuşa” komandası yalnız adını dəyişsə, iştirak edə bilər. O söylədi ki, mənə bunu Ruben deyib. Ruben adlı burda bir nəfər var – o, Maslyakovun müavinidir.

Ruben Jaqinyan orada vəzifə və söz sahibidir. Dedim ki, olar qərarı Maslyakov versin? Dedilər, yaxşı.

İkinci turda hansı komandaların oynayacağını Ruben həll edir. Dedik ki, onda ikinci tur üçün adımızı dəyişək, Ruben bizi buraxsın, icazə versin ki, ikinci turda iştirak edək”, – M.Abbasov bildirib.

Oxumağa dəyər:   Türkiyədə avtobus qəzaya uğrayıb, onlarla insan xəsarət alıb  

O qeyd edib ki, hazırda komandanın adı “Şuşa”dır:

“Maslyakov dedi ki, sizi başa düşürük, amma “Şuşa” adı başağrısı ola bilər. Onda dedim, biz imtina edirik və ölkəmizə qayıdırıq. Otaqdan çıxmaq istəyəndə, dedi, gözlə, biz bir də müzakirə edək. İndi gözləyirik, desələr ki, “Şuşa” adı ilə iştirak edə bilərik, onda davam edəcəyik, əgər başqa adla iştirakımızı istəsələr, geri dönəcəyik”.

Daha ətraflı videomaterialda:

İstinadlar Baku tv
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Multimedia 23/05/2022 18:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Xəbəri rus dilində oxuyun: “В Азербайджане это шоу будет показано впервые” – Фото

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir. 

Ölən və yaralananların sayının artacağı gözlənilir.

***

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 25 nəfər isə yaralanıb. Dağıntılar altında azı 80 nəfərin qaldğı bildirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Multimedia 23/05/2022 13:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Oxumağa dəyər:   İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan yayda yenidən görüşəcəklər

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.

Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran Prisi 2022” bu ilin 10-12 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.









İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyəli pilotlar Bakı səmasında – Video

Multimedia 23/05/2022 12:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli pilotlar Bakı səmasında sınaq uçuşları ediblər.

Onlar havada bir sıra manevrlər həyata keçiriblər.

Qeyd edək ki, 26-29 may tarixlərində keçiriləcək festival çərçivəsində türkiyəli pilotlarla yanaşı Azərbaycandan olan hərbçilər də nümunəvi uçuşlar da həyata keçirəcək.

Eldar Tanrıverdi

Fotolar: Müzəffər İsmayılov



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşa Real Məktəbi belə olacaq – Video

Multimedia 23/05/2022 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.

Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Azərbaycanda maarifçi nəslin yetişməsində bu təhsil müəssisəsinin xüsusi rolu olub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.

Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Multimedia 22/05/2022 12:21
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib.

“Report” icmalı təqdim edir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Multimedia 21/05/2022 15:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.

Zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edərək mənzildən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Eyni məzmunlu müraciətlərlə Polis Bölməsinə ətraf ərazilərdə yaşayan daha bir neçə sakinin şikayət ərizəsi daxil olub. Aparılan araşdırmalar zamanı oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.

43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tahir Qasımov saxlanılıb. Polis Bölməsində araşdırma aparılan zaman onun paytaxtın bir neçə rayonunda yerləşən ümumilikdə 5 evdən müxtəlif vaxtlarda təmir-tikinti alətləri, məişət və digər əşyalar oğurladığı məlum olub. O, izahatında etdiyi oğurluqları etiraf edib.

Faktlarla əlaqədar 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat- istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Multimedia 21/05/2022 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qaradağ Rayon Yanğından Mühafizə Hissəsi və Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının xidməti heyəti yanğın zamanı köçürmə planı üzrə hərəkətlərin təlim məşqini uğurla icra edib.

Əsas məqsədi Liman ərazisində baş verə biləcək fövqəladə vəziyyətlərə qarşı mübarizə bacarığını və işçilərin təhlükəsizliyinin təminini yüksəltmək olan təlim çərçivəsində şərti olaraq biri qapalı, digəri isə açıq sahədə olmaqla 2 süni yanğın ocağı formalaşdırılıb. Daha sonra həyəcan siqnalı işə düşüb və qısa zamanda Limanda yanğın baş verən ərazi üzrə mövcud olan könüllü yanğından mühafizə dəstəsi alova ilkin müdaxiləyə başlayıb.

Eyni zamanda, ərazidə olan bütün şəxslər toplama məntəqəsinə yönələndirilib və müvafiq şərait qiymətləndirilərək FHN-in “112” qaynar telefon xəttinə məlumat verilib. Limanın mühafizə xidməti tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilməklə yanaşı, əraziyə cəlb edilən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin operativ nəqliyyat vasitələri və canlı qüvvəsinə yol göstərəcək bayraqdarlar işlərinə başlayıb.

Oxumağa dəyər:   Bakıda binaya güllə atılması xəbəri ilə bağlı - DİN-dən açıqlama

Təlim çərçivəsində çevik reaksiya və doğru müdaxilə nəticəsində hər iki nöqtədəki “alov” qısa zamanda “söndürülüb” və yanğının texniki təlim planına uyğun olaraq hadisə nəticəsində səhhəti pisləşən bir işçi FHN-in əməkdaşları tərəfindən təxliyə edilərək Təcili Tibbi Yardım Briqadasına təhvil verilib.

Bakı Limanı ərazisində həyata keçirilən yanğın-texniki təlim çərçivəsində liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Belə təlimlərin il ərzində bir neçə dəfə keçirilməsi nəzərdə tutulur.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Multimedia 21/05/2022 09:41
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyatı təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Yanğınsöndürənlər və xilasedicilər operativ müdaxilə ilə ilk növbədə tüstülənmiş mənzildə təhlükəli vəziyyətdə qalmış vətəndaş 1958-ci il təvəllüdlü Nəzərov Cəmil Əliş oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yanğınsöndürmə qüvvələrinin çevikliyi sayəsində yanğın qısa müddətdə söndürülərək digər mənzillərə keçməsinin qarşısı alınıb.

Yanğın nəticəsində mənzilin ümumililkdə 0,5 m² sahəsində ev əşyaları yanıb, yüksək temperaturdan kondisioner əriyib. Mənzil və bütövlükdə bina yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Multimedia 20/05/2022 18:15
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Lerik, Lənkəran, Astara, Kişçay (Şəki), Sarıbaş (Qax), Şabran, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Quba, Qusar, Xaltan, Qrızda şimşək çaxıb, arabir yağış, Şahdağda qar yağıb.

Saat 16:25-16:32 radələrində Gədəbəy rayonunun Söyüdlü, Qarabağ, Pirqulu kəndlərinə xırda dənəli dolu düşüb.

Şimal-qərb küləyi arabir Naftalanda 24 m/s, Neftçalada 20 m/s, Ağdam, Gəncə, Tərtərdə 18 m/s, Bərdədə 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 30 m/s, Neft Daşlarında 21 m/s, Ələt, Pirallahıda 20 m/s, Çilov adasında 19 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.

Küləkli və yağıntılı hava şəraiti mayın 21-i səhər saatlarındək davam edəcək. 21-i gündüz, 22-də Bakıda və Abşeron yarımadasında, bölgələrdə havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Multimedia 20/05/2022 16:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Plana uyğun olaraq Azərbaycan Ordusunun bütün hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın istismarının yay mövsümünə keçirilməsi prosesi davam etdirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınaraq döyüş və xüsusi texnikaların yanacaq-sürtkü materiallarının dəyişdirilməsi həyata keçirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, həmçinin onlara planlı şəkildə mövsümi qulluq göstərilir.

Bundan başqa, şəxsi heyətlə yay şəraitində texnikanın istismarı qaydaları və təhlükəsizlik tələblərinin öyrənilməsi üzrə dərslər keçirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Multimedia 20/05/2022 12:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti “SOCAR-Petroleum” QSC-nin Gəncə Neft terminalında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlimə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər, Samux və Göygöl rayon Yanğından Mühafizə hissələrinin qüvvələri cəlb olunub.

Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.

Uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Multimedia 19/05/2022 23:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İqtisadi böhran içərisində olan Ermənistan qeyri-qanuni siqaret və brilyant ticarəti ilə məşğuldur.

Bu barədə “HaberGlobal” material hazırlayıb.

Bildirilib ki, Şimali İraqda satılan qaçaqmal siqaretlərin çoxu Ermənistandan gətirilir. Qeyri-qanuni ticarət şəbəkəsi Ermənistan Baş naziri Nikol Paşinyana qədər uzanır.

Siyasətdə beynəlxalq hüququ illərlə pozan ölkə ticarətdə də qanunlara riayət etmir. Şimali İraqdakı market rəfləri erməni istehsalı olan saxta siqaretlərlə doludur.

Qiyməti baha, keyfiyyəti aşağı olan bu məhsullar qaçaqmal şəklində ölkəyə gətirilir. Tədarükün hər mərhələsindən isə Ermənistan dövlətinin xəbəri var.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Multimedia 19/05/2022 15:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Mayın 19-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov görüşün təsadüf etdiyi 19 mayın Türkiyədə geniş qeyd edildiyi Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə təbriklərini çatdırıb. Nazir K.Heydərov iki qardaş ölkə arasında bütün sahələrdə mövcud əlaqələrdən danışaraq, Azərbaycan və Türkiyə liderlərinin müdrik uzaqgörənliyi və siyasi iradəsi sayəsində bu əlaqələrin ən yüksək səviyyəyə qalxdığını qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən ətraflı bəhs edən nazir K.Heydərov meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bu çərçivədə, nazir meşə yanğınlarının monitorinqinin aparılması və meşələrin yanğından mühafizəsi sahəsində erkən xəbərdarlıq sistemlərinin tətbiqi, birgə təlimlərin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Oxumağa dəyər:   Putinin köməkçisi: "Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq"

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi ölkələrimiz arasında sıx əlaqələrin dinamik inkişafından danışaraq, nazir vəzifəsinə təyin olunduqdan sonra ilk səfər etdiyi ölkənin məhz qardaş Azərbaycan olmasından məmnunluq ifadə edib. V.Kirişçi meşə yanğınları ilə mübarizə sahəsində iki nazirlik arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, bu mənada qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ötən sutka 4 nəfər xilas edilib – Video

Multimedia 19/05/2022 11:06
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 4 nəfər, o cümlədən Bərdə rayonunda “КамАЗ” və “HOWO” markalı iki yük avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan yük avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Multimedia 19/05/2022 01:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın “Tək Vətən Hərəkatı”nın qazilərini qəbul edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəbulda Milli Müdafiə nazirinin müavini Yunus Əmrə Karaosmanoğlu da iştirak edib.

“Biz iki dövlət, bir millətik. Biz buna ürəkdən inanırıq”, – deyə Akar bildirib. 

Azərbaycan Ordusunun “Tək Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını xilas etdiyini xatırladan Akar, “Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”. deyib.

Əməliyyat zamanı şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyən nazir “Bizim vəzifəmiz Türkiyə və Azərbaycan qardaşlığını daha da dərinləşdirməkdir. Beləliklə, biz gələcəyə güc və inamla baxa bilərik” söyləyib. 

Azərbaycan qaziləri adından edilən çıxışda Türkiyə Silahlı Qüvvələrinə təşəkkür edilib. Azərbaycanlı qazilər Qarabağda dalğalandırdıqları Azərbaycan bayrağını Hulusi Akara hədiyyə ediblər.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Multimedia 18/05/2022 20:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avstraliyanın baş naziri Skott Morrison uşaq komandası ilə futbol oynayarkən gözlənilməz vəziyyətlə üzləşib.

Morrison uşaqlardan birinin üstünə yıxılıb. Gənc futbolçuların əlindən topu almaq istəyən baş nazir irəli atılarkən “7” nömrəli köynəkdə olan oğlana dəyir və hər ikisi yerə yıxılır.

Morrison cəld oğlanı yuxarı qaldıraraq onun vəziyyətinin yaxşı olmasını yoxlayıb. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 23/05/2022 18:56

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Read more
Multimedia 23/05/2022 13:40

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Read more
Multimedia 23/05/2022 12:46

Türkiyəli pilotlar Bakı səmasında – Video

Read more
Multimedia 23/05/2022 12:00

Şuşa Real Məktəbi belə olacaq – Video

Read more
Multimedia 22/05/2022 12:21

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/05/2022 15:02

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Read more
Multimedia 21/05/2022 11:57

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Read more
Multimedia 21/05/2022 09:41

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Read more
Multimedia 20/05/2022 18:15

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Read more
Multimedia 20/05/2022 16:03

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Read more
Multimedia 20/05/2022 12:18

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 19/05/2022 23:47

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Read more
Multimedia 19/05/2022 15:46

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Read more
Multimedia 19/05/2022 11:06

Ötən sutka 4 nəfər xilas edilib – Video

Read more
Multimedia 19/05/2022 01:11

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Read more
Multimedia 18/05/2022 20:09

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Read more
Multimedia 18/05/2022 17:27

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Read more
Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
Multimedia 14/05/2022 19:35

İlham Əliyev Ərdoğanla görüşdü – Video+

Read more
Multimedia 14/05/2022 18:07

DİN-dən əməliyyat, 109 nəfər saxlanıldı – Video

Read more
Multimedia 14/05/2022 17:26

İlham Əliyevdən Türkiyədə vacib açıqlamalar – Video

Read more
Multimedia 14/05/2022 16:18

İlham Əliyev açılışda çıxış edir – Video+

Read more
Multimedia 14/05/2022 15:09

İlham Əliyev Türkiyədə – Canlı – VİDEO

Read more
Multimedia 14/05/2022 12:06

Metroda yanğın təlimi – Video+Foto

Read more
Multimedia 14/05/2022 11:09

İlk solo konsertində anşlaq yaşandı – Fotolar+Video

Read more
Multimedia 13/05/2022 14:21

Prezidentin Şuşada kövrəldiyi an – Video

Read more
Multimedia 13/05/2022 12:32

“Möcüzə”dən möcüzəli analara hədiyyə – VİDEO

Read more
Multimedia 12/05/2022 15:51

“Faşist şüarlarının səsləndirildiyi ölkədə necə yaşamaq olar?!” – Video

Read more
Multimedia 12/05/2022 12:45

Ötən sutka 7 nəfər xilas edilib – Video

Read more
Multimedia 12/05/2022 11:35

Su arxına yıxılan gənc belə xilas edildi – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla