
Kanadanın şərqindəki Kvebek əyalətində tüğyan edəb qasırğalar səbəbindən 180 mindən çox istehlakçı elektrik enerjisi əldə etməkdən məhrum olaraq işıqsız qalıb.
Bu barədə yerli “Hydro-Quebec” enerji şəbəkəsi şirkətinin açıqlamasında deyilir.
Cümə axşamına keçən gecə küləyin sürəti regionun bəzi yerlərində 28 metr/saniyəyə çatıb. Əlverişsiz hava şəraiti əsasən Monreal və şəhərətrafı ərazilərə ziyan vurub.