Küveytin baş nazir vəzifələrini müvəqqəti icra edən şeyx Cabar əl-Mübarək əl-Həməd əs-Sabah əmirin yeni hökumət yaratmaq təklifinə imtina cavabı verib.

Noyabrın 14-də baş nazir vəzifəsindən istefa verən, ancaq əmirin qərarı əsasında Nazirlər Kabinetinin yeni rəhbəri seçilənə qədər baş nazir vəzifələrini müvəqqəti icra edəcək şeyx Cabar imtinasının səbəblərini açıqlamayıb.

Küveyt əmiri şeyx Sabah əl-Əhməd əl-Cabar əs-Sabah bir neçə saatdan sonra hökumətdəki mövcud vəziyyətlə əlaqədar xalqa müraciət edəcək.

İstinadlar Report