Küveytdə formalaşdırılan yeni hökumətin üzvləri and içib.

Bu barədə Küveytin rəsmi KUNA agentliyi məlumat yayıb.

Bildirilib ki, baş nazir Əhməd Abdullah əl-Əhməd əs-Sabah və 13 nazir Küveyt əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın hüzurunda and içib.

Küveyt əmiri hökumətdən strateji inkişaf layihələrinin icrasını sürətləndirməyi, prioritetlərin təqvimə görə müəyyənləşdirilməsini, qardaş ölkələrlə diplomatik əlaqələrin gücləndirilməsini və əməkdaşlıq sahələrinin artırılmasını tələb edib.

İstinadlar Report