
Küveytin “Kuwait Oil Company” (KOCKW) şirkəti ölkənin qərbində baş verən neft sızması ilə əlaqədar fövqəladə vəziyyət elan edib.
Bu barədə şirkətin “Twitter”səhifəsində məlumat verilib.
Şirkətin mətbuat katibi Husay Əl-Həmərin sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb, qəza yerində zəhərli qazların təhlükəli konsentrasiyası aşkar edilməyib.
Neft hasilatının adi rejimdə davam etdirildiyi bildirilir. Qəzanın aradan qaldırılması istiqamətində işlər aparılır.