ABŞ Dövlət Departamenti Küveytə əmirliyin donanması üçün infrastruktur tikintisi xidmətlərinin 1 milyard dollar dəyərində satışını təsdiqləyib.

Bu barədə Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Layihə Məhəmməd Əl-Əhməd Küveyt Hərbi Dəniz Bazasında qərargahın, eləcə də quru və dəniz infrastrukturunun, Ras əl-Ardda oxşar obyektin layihələndirilməsini və tikintisini nəzərdə tutur.

Agentlik əlavə edib ki, bu, regionda hərbi balansı dəyişməyəcək.

İstinadlar Report