Avropanın “Ariane 5” raketdaşıyıcısı Fransa Qvianasında Kuru kosmodromundan buraxılıb. “Arianespace” şirkəti raketdaşıyıcının buraxılışını canlı yayımda aparıb.

Raket Fransa və Hindistanın telekommunikasiya peyklərini (“Eutelsat Konnect” və “GSAT-30”) orbitə çıxarmalıdır.

“Arianespace” şirkətindən bildirilib ki, “Eutelsat Konnect” peyki Afrikanın 40 və Qərbi Avropanın 15 ölkəsində rəqəmli fərqin xeyli azalmasını təmin edəcək. “GSAT-30” peyki Hindistan Kosmik Tədqiqatlar Təşkilatının mütəxəssisləri tərəfindən hazırlanıb. Bu peyk Hindistan ərazisində yüksək keyfiyyətli televiziya, telekommunikasiya və radio yayım xidmətlərini təmin edəcək.

Emil Hüseynov

İstinadlar ict news