“Kurtlar Vadisi”nin qəhrəmanı Xumar Qədimovanın klipində – Video
Xumar Qədimovanın “Səni-səni” adlı mahnısı və klipi ekranlaşdırılıb.
Yüksək əhvali-ruhiyyəli mahnıya eyni ab-havalı klip çəkilib.
Musiqiləri ilə dinləyicilərin könlünə yol tapan Xumar Qədimova budəfəki klipində də özünəməxsusluğunu qorumağı bacarıb.
Layihədəki obrazları məşhur simalar canlandırıb. Onlardan biri Türkiyənin tanınmış aktyoru Erhan Ufukdur.
Qeyd edək ki, aktyor “Kurtlar Vadisi” serialında “Güllü Erhan” obrazı ilə məşhurlaşıb.
Bundan başqa üçqat dünya, dördqat Avropa çempionu Hacı Əliyev də klipdə rol alıb.
Layihədə nüfuzlu Azərbaycan və türk iş adamları da var.
Qeyd edək ki, “Sənin-səni”nin söz və musiqisi Ferhat Çeğilə məxsusdur.
Yeni sezonun hitinə çevriləcək klipi dinləmək üçün keçid edə bilərsiniz.
“X”də COP29-la bağlı saxta xəbərlər yayılır – Video
“X” sosial media platformasında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.
Bu barədə Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə yaydığı açıqlamada bildirilib.
Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.
Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.
Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.
Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.
20 nömrəli məktəb-liseydə təlim keçirildi – Video
Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən A.Hüseynzadə adında 20 nömrəli məktəb-liseydə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə və Tibb xidmətlərinin müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması olub.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil idarəsinin və Yasamal Rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri və məktəbin kollektivi iştirak edib.
Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları məktəb kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş olunub.
Sonra təlimin praktiki hissəsinə start verilib. Tədbirdə şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Qeyd edək ki, bu cür tədbirlər Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakıda və regionlarda mütəmadi olaraq təşkil olunur.
Baydenin xanımı panda kostyumunda – Video
Ağ Evdə ənənəvi olaraq Hellouin şənliyi təşkil edilib.
ABŞ Prezidenti Co Bayden və xanımı Cill Bayden şənliyə qatılan uşaqlarla görüşüb.
ABŞ-nin birinci xanımı şənlik üçün panda kostyumu geyinib. Uşaqları salamlayan Baydenin görüntüləri maraqla qarşılanıb. Belə ki, o, cücə kostyumunda olan körpənin ayağını zarafatla dişləyib.
Həmin görüntüləri təqdim edirik:
Ağcabədidə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Agentliyin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Baxşalıyev Hüseyn Düşəri oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd təzyiq altında işləyən tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunmuş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb. Eyni zamanda, pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın və Agentliyin qərarının surətləri sahibkara təqdim edilib.
Dost-düşməni ayıran “Gökbey” – Video
Türkiyənin ilk milli çoxməqsədli “T625 Gökbey” helikopteri jandarma qüvvələrinə təhvil verilib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyənin ilk istehsalı olan çoxməqsədli helikopter, “Gökbey”, Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən təchiz edilib.
Bir neçə gün öncə Ankarada məhz bu helikopterlərin istehsal müəssisələrinə edilən terror hücumundan sonra “Gökbey”lərin göylərə çıxaması da təsadüf sayıla bilməz.
Terrorla mübarizədə ən effektiv üsullardan birinə çevriləcək “Gökbey”lərin həm də dost-düşmən tanıma kimi xüsusiyyəti var.
Helikopterdə təxminən 34 fərqli avionika sistemindən istifadə olunur, bunlar arasında uçuş idarəetmə kompüteri, milli rabitə sistemləri, identifikasiya sistemləri, modul displeylər, panellər, naviqasiya sistemləri və s. mövcuddur.
Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib – VİDEO
İnsan Hüquqları Komitəsinin üzvü serbiyalı professor Tijana Šurlan-ın Fransadakı insan hüquqlarının vəziyyəti ilə əlaqədar tənqid edib.
Nsan Hüquqları Komitəsinin 142-ci sessiyası çərçivəsində çıxış edən professor Fransa nümayəndələrinə 2024-cü ilin mayında Yeni Kaledoniyada başlayan iğtişaşlar zamanı etirazçılara həddindən artıq güc tətbiqi nəticəsində alınan xəsarətlərlə bağlı sual edib:
“İntizam və cinayət işləri üzrə yekunlaşdırılmış prosedurlar, məhkəmə qərarları, ittihamlar və səlahiyyətlərindən sui-istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına tətbiq olunan cəzalar barədə vaxtında və dəqiq məlumat vermək, sistemə inamı bərpa etmək üçün vacib olardı”.
O qeyd edib ki, yeni apellyasiya hüququnun tam şəkildə tətbiqinə maneələr mövcuddur və bu da onun müsbət nəticələr verməsinə əngəl törədir.
“Cəzaçəkmə müəssisələrinin həm Fransada, həm də dənizaşırı ərazilərdə həddindən artıq dolu olması və qeyri-insani saxlanma şəraiti ilə bağlı narahatlıqlar hələ də var. 2021-ci ildə saxlanma şəraitinin qeyri-insani olduğunu vurğulanmışdı. Buna görə də dövlətin məhbuslarla bağlı məlumatlarını necə çatdırdığını öyrənmək istərdik”.
Yaşayış binasında baş verən yanğın söndürüldü – Video
Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə yanğın olub.
Baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 173kv.m. olan dördotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 16kv.m. sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təxliyə edilib.
“Azərenerji” COP29-la bağlı gücləndirilmiş iş rejiminə keçir – VİDEO
“Azərenerji” ASC noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar tədbirin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün gücləndirilmiş iş rejiminə keçir.
Məlumata görə, COP29-la bağlı dövlət səviyyəsində yaradılan Təşkilat Komitəsinin üzvü olan “Azərenerji” üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Belə ki, müvafiq dövlət qurumları ilə birgə enerji obyektlərinin fiziki və kiber təhlükəsizliyinin təmin edilməsindən tutmuş, enerji obyektlərində istismar və texniki xidmətlə əlaqədar baş verə biləcək qəza açılmalarının qarşısının alınmasına qədər bütün qabaqlayıcı tədbirlər görülüb. Bunun üçün paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası tam təftiş olunub, istehsal prosesində əlavə ehtiyat güc saxlanılması üçün resurslar müəyyən edilib.
Bundan başqa yeni gətirilən elektrik avtobuslarının enerji ilə təmin edilməsi üçün 110 kilovotluq Zığ yarımstansiyası tam yenidən qurulub və genişləndirilərək gücləndirilib.
Eyni zamanda COP29 tədbiri ilə əlaqədar Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospekti ilə kəsişən, eləcə də, Hava Limanı yolu kənarı ilə gedən 5,5 km məsafədə 110 kV-luq ikidövrəli yüksək gərginlikli hava xətləri sökülərək yeraltı kabel xətləri ilə əvəz edilib.
Tədbirlə əlaqədar xüsusi təyinatlı briqada və səyyar diaqnostika laboratoriya avtomobilləri daim iş başında olacaq. Eyni zamanda avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqlikli kameralar və teplovizorlarla yarımstansiya və xətlərdə qızma nöqtələrinin müəyyən edilməsi və beləliklə adi gözlə görünməsi mümkün olmayan qəza risklərinin müəyyənləşdirməsi təmin ediləcək.
Beləliklə, 24 saat fasiləsiz növbətçilik prinsipi ilə fəaliyyət göstərən “Azərenerji” ən müasir innovativ yeniliklər tətbiq etməklə istər enerjinin istehsalı, istər ötürülməsi, istərsə də idarə olunması sahəsində bütün gücünü səfərbər edib.
Həmin süxur ərazidən götürülür – Video
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi yaranıb.
Hazırda yolun 6-cı kilometrliyinin sol tərəfindəki yamacın yuxarı hissəsində qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür.
Qeyd edilib ki, bütün işlər AAYDA, Fövqaladə Hallar və Daxili İşlər nazirlikləri tərəfindən koordinasiyalı şəkildə aparılır.
Həmçinin bildirilib ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan işlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Abşeronda yağış suları evlərə dolub – Video
Yağış suları Abşeron rayonu, Digah qəsəbəsində də problemlərə yol açıb.
Zirzəmilərə, evlərə dolan su sakinləri çıxılmaz vəziyyətdə qoyub.
Sakinlər deyirlər ki, problemlə əlaqədar şagirdlər də məktəbə getməkdə çətinlik çəkirlər.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, qeyd olunan ərazidə mərkəzləşmiş kanalizasiya şəbəkəsi mövcud deyil.
Dövlət Su Ehtiyyatları Agentliyinin sifarişi ilə kanalizasiya sistemi mövcud olmayan ərazilərdə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası kanalizasiya sisteminin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. O cümlədən, yaşayış məntəqəsində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır.
Daha ətraflı “Xəzər Xəbər”in videomaterialında:
Zakir Həsənov Şamşad Mirzanı qəbul etdi – Fotolar – VİDEO
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdən əvvəl Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirələrini ehtiramla anıblar.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Z.Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında hərbi əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.
Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.
General S.Ş.Mirza səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr – Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır – Video
“Azərişıq” ASC paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin quraşdırılması işlərini davam etdirir.
Zəruri infrastruktur yaradılır, şarj aparatları dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.
Cari ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar, eləcə də Bakıda keçiriləcək “COP 29” ərəfəsində paytaxtın əksər rayonlarında şarj aparatları quraşdırılıb.
Hazırda 13 məntəqədə: Nərimanov rayonunda “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində, Gənclik metrostansiyası yaxınlığında, Atatürk parkında, Aşıq Molla Cümə küçəsində 215 saylı yarımstansiyanın qarşısında, Yasamalda 120 saylı yarımstansiyada, Səbaildə Nizami küçəsində və “İçərişəhər” yarımstansiyasında, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarında, Xəzər rayonunda Buzovna qəsəbəsində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev prospektində enerji doldurma məntəqələri istismara hazır vəziyyətə gətirilib.
Paytaxla yanaşı regionlarda – Şamaxıda Abqora kəndində, Qəbələ RETSİ-nin (rayon enerji təchizatı və satışı idarəsi) qarşısında, Şəkidə Göynük kəndində, 110/35/10 kV-luq “Zaqatala yarımstansiyasında, Tovuzda Asan xidmət mərkəzi yaxınlığında, Göygöldə “Hacıməlik” yarımstansiyasında, Qubada 19 nömrəli yanacaqdoldurma məntəqəsinin yanında, Xızının Yaşma qəsəbəsində məntəqələr quraşdırılıb.
Qarabağ və Şərqi Zəngəzurda – “Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzində” enerji doldurma məntəqəsi müasir avadanlıqlarla və dayanıqlı elektrik enerjisi ilə təchiz olunub.
“Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə təmin edilir.Elektromobilləri şarj etmək üçün istifadə olunan müasir cihazlar ekoloji cəhətdən daha əlverişli olan yaşıl enerji ilə dəstəklənir.
Vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyən “Azərişıq” ASC ekoloji cəhətdən üstün olan elektrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi üçün paytaxtda, regionlarda, eləcə də Qarabağ və Şərqi Zəngəzurda enerji doldurma məntəqələrinin quraşdırılmasına davam edir.
FHN tunellərdəki vəziyyətlə bağlı video yaydı
Bakı şəhərində yağan leysan yağışlarla əlaqədar bəzi ünvanlarda subasmanın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub və dərhal nazirliyin qüvvələri ərazilərə cəlb olunub.
Bu FHN-dən məlumat verilib.
Bildirilib ki, hazırda nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.
“Həkim nəvələrimi yetim qoydu” – Video
Oktyabrın 27-si səhər saatlarında Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınıb.
Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova 26 oktyabr tarixində uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib.
Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb.
Z.Zamanovanın qayınanası Tacirə Zamanovanın sözlərinə görə, həkim ananın sağlamlığında heç bir problem olmadığını deyib: “Saat 9-da nəvəm dünyaya gəldi. Həkim 10:30-da dedi ki, hər şey normaldır, xəstəni masada qoyub çıxıb getdi. Biz evə gedəndən sonra gəlinə zəng vurduq, amma zəng çatmadı. Gəlib gördük ki, qanaxması olduğu üçün bizdən xəbərsiz Zəhranı götürüblər əməliyyata. Bundan əvvəl iki uşaq dünyaya gətirib. Gültac həkim mənim evimi yıxdı, gəlnimin üç balasını yetim qoydu. Gəlib demədi ki, onun qanaxması var”.
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, doğuşdan sonra vəziyyəti ağır olan ana reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatı ilə ağciyərlərin ventilyasiyası davam etdirilib. Daha sonra xəstənin ikinci əməliyyatı baş tutub. Ölümün səbəbini patalojik-anatomik yarma nəticəsində müəyyən etmək olacaq.
Ətraflı Baku-tv-nin hazırladığı sujetdə:
“Gürcü xalqının qanındakı Qafqaz cigitliyi LGTB bayrağını qəbul etməyəcək…” – Video
Real Tv-nin rəhbəri Mirşahin Ağayev “Mirşahinin vaxtı” verilişininin bir hissəsini Gürcüstanda parlament seçkilərinə həsr edib.
Tanınmış aparıcı Cənubi Qafqazdakı siyasi proseslərin təhlilini aparıb, seçkilərdə baş verənləri tarixi hadisələrlə müqayisə edib.
Həmin verilişi təqdim edirik:
Kanala düşən maral belə xilas edildi – Video
Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maral kanala düşərək köməksiz vəziyyətdə qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Həmçinin baxın
Serbiyalı professor: Fransa Yeni Kaledoniyada etirazçılara həddindən artıq güc tətbiq edib – VİDEO
“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır – Video
“Gürcü xalqının qanındakı Qafqaz cigitliyi LGTB bayrağını qəbul etməyəcək…” – Video
Azərbaycanda uşaqlarına bu adları qoymaq istədilər – İcazə verilmədi – VİDEO
HHQ qüvvələrinin helikopter bölmələri ilə təlim-məşq uçuşları keçirilib – VİDEO
Bakıda və Abşeronda güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görülür – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla