Vulkanoloqlar Böyük Kuril silsiləsinin Paramuşir adasındakı (Saxalin bölgəsi) Ebeko vulkanında 1,5 kilometr hündürlüyədək kül püskürməsini qeydə alıblar.

Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, kül layı şimal-qərb istiqamətində beş kilometrdən çox məsafəyə yayılıb.

İstinadlar Report