Türkiyənin Suriyada antiterror əməliyyatına İsraildən də rəsmi reaksiya bəlli olub.

Azərbaycan 24 xəbər verir ki, Baş Nazir Netanyahunun ofisinin yaydığı rəsmi məlumatda deyilir:

”İsrail Suriyanın Kürd ərazilərində Türkiyənin işğalçılıq fəaliyyətini sərt şəkildə qınayır və etnik təmizləmə ilə bağlı narahatlığını bildirir. İsrail cəsur kürd xalqına humanitar yardım göstərməyə hazır olduğunu bəyan edir.”

Netanyahunun bəyanatında ABŞ-ın öz qüvvələrini Suriyanın şimalından çəkməsi və Türkiyənin əməliyyatına şərait yaratması barədə isə heç nə deyilmir.