Kürdəmir rayonunda leysan yağışlar ictimai həyatı iflic edib.

Qəfl yağmaya başlayan leysan rayonda piyadalar və sürücülər üçün çətin anlar yaşadıb.

Rayonun Xanlar Səfərəliyev və Şəhriyar küçələrində, eləcə də Bakı prospektində vəziyyət daha çətin hal alıb. Belə ki, adıçəkilən ərazilərdə gediş-gəliş tamamilə dayanıb. Sakinlər evlərindən çıxa bilmirlər. Küçələrdə sel sularının hündürlüyü 40 santimetrə çatıb.

İstinadlar Report