Kürdəmir rayonunda 26 yaşlı oğlan atasının iş yerində qəfildən ölüb.

Hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1999-cu il təvəllüdlü Fərzəliyev Fərasət Azad oğlu atasının işlədiyi avtomobil yuma servizinə gəlib. Bu zaman o müvazinətini itirərək yıxılıb və ürəktutmasından həyatını itirib.

Onun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Report