Kürdəmirin Sor-Sor kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“VAZ 2107” markalı avtomobilin sürücüsü Musayev Ozal Bilal oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən rayonun Köhünlü kənd sakini Tahir Vəli oğlu Nəzərlini vurub.

Yaralı dərhal yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tahir Nəzərlinin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

İstinadlar Report