Kürdəmir rayonunda qrup olduğu üçün xəstəxanaya gətirilən 7 yaşlı uşaq ölüb.

Hadisə iyunun 14-ü saat 12 radələrində qeydə alınıb.

Belə ki, rayonun Cəyli kənd sakini, daun sindromlu 2017-ci il təvəllüdlü Soltanov Soltan Elman oğlu qrip olduğu üçün Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

İstinadlar Report