Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
Hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Partlayış zamanı ev sakinləri – ər və arvad ağır yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.