AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Kürdəmirdə dərzi sexində yanğın – Video
  • Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi
  • Kanada sahilində güclü zəlzələ olub
  • Diplomatik xidmətə qəbul imtahanı keçirildi
  • Azərbaycan Ordusunun Şuşa istiqamətində yerləşən mövqeləri atəşə tutulub
  • Erməni silahlı dəstələri mina basdırmağa cəhd etdi
  • Şəmkirdə 21 yaşlı qız itkin düşüb
  • İndiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı
  • Rusiyada ağır yol-nəqliyyat hadisəsi olub, 5 nəfər ölüb
  • Eldar Səmədov: “Ermənistan humanitar məsələni həmişə siyasiləşdirib”
  • Kürdəmirdə dərzi sexində yanğın – Video
  • Ağdam-Xankəndi yolundan istifadəyə razılıq verildi
  • Erməni silahlı dəstələri mina basdırmağa cəhd etdi
  • İndiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandı
  • PA-nın sektor müdiri: İtkin düşmüş şəxslərdən 15 nəfərin taleyi müəyyən edilib
  • “ABŞ Azərbaycanın ailə və milli dəyərlərini hədəfə alıb”
  • Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub
  • Hirkan meşələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
  • “ABŞ Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır”
  • “Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına – Paşinyandan cavab
  • Paşinyan ilin sonunadək Azərbaycanla sülh sazişinin imzalanmasını mümkün sayır
  • Daha 80 erməni Qarabağı tərk etdi
  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
  • Polşa Rusiya ilə sərhədin yaxınlığında hərbi təlimlər keçirəcək
  • NATO-nun baş katibi Almaniyanı müdafiə xərclərini artırmağa çağırıb
  • İran XİN: “ABŞ və üç Avropa ölkəsi AEBA üzvlüyündən sui-istifadə ediblər”
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Kürdəmirdə dərzi sexində yanğın – Video
17/09/2023 17:11
“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO
16/09/2023 11:47
Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib
16/09/2023 09:38
“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO
15/09/2023 12:47
Prezidentlər Eyyub Yaqubovun mahnısını dinlədilər – Video
14/09/2023 23:44
Faktiki hava açıqlandı – Video
14/09/2023 18:49
Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video
14/09/2023 17:05
Avropa Komissiyasının rəhbərinin çıxışı zamanı corab toxudu – Video
14/09/2023 11:20
Qoçaq Əsgərovdan “Kərkük” türküsü – Video
13/09/2023 22:01
Ordumuz “İldırım 8-ER” ilə ballistik raketin aşkarlanaraq məhv edilməsini məşq etdi – VİDEO
13/09/2023 10:23
Prezident sinif otaqlarını gəzdi – Video
12/09/2023 21:59
“Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub – Video
12/09/2023 16:36
MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir – VİDEO
12/09/2023 12:56
Küçəni şərab seli basdı – Fotolar+Video
11/09/2023 22:11
Bakıda çoxmərtəbəli yaşayış kompleksində təlim zamanı nöqsanlar aşkarlanıb – VİDEO
11/09/2023 17:53
Su polisi əməliyyat keçirib, saxlanılanlar var – VİDEO
11/09/2023 13:59
Bu da sonuncu sual – O, 1 milyonu qazandı? – VİDEO
11/09/2023 00:08

Video xəbərlər

  • XİN brifinq keçirir – Canlı – VİDEO
  • Separatçılar Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər – VİDEO
  • Ermənilər mülki maşınları döyüş mövqelərinə yaxın ərazidə yerləşdirir – VİDEO
  • Antiterror tədbirlərindən qorxuya düşən erməni hərbçilər səngərlərdən qaçır – VİDEO
  • Ordumuz dəqiq zərbələr endirir – Video

Sorğu

Ermınistanla necə bir münasibət istəyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

21/09/2023
18:35 İctimai fəal Nurlan Libre həbs edildi
18:34 Daha iki marketdə mikro və kiçik sahibkarlıq subyektlərinə aid məhsulların satışı təşkil olunub
18:32 Qarabağdakı minalar zərərsizləşdirilir – Fotolar
18:17 Sabah Bakının bu rayonlarında qaz olmayacaq
18:11 İşçinin əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib
17:47 “Azərbaycanın hərbi üstünlüyü danılmazdır” – Fansız jurnalist
17:23 Zaqatalada 3,5 ton narkotik tərkibli bitki məhv edilib
17:22 Britaniya prokurorluğu Bolqarıstanın 5 vətəndaşını casusluqda ittiham edib
17:20 “İndi bizim bütün ərazimizdə suverenliyimiz təmin olunub”
17:17 “Qarabağın məxsusluğu məsələsi həll olunub”
17:11 Türkiyədən Bolqarıstana qanunsuz keçmək istəyənlərin qaladığı ocaq meşə yanğınına səbəb olub
17:02 Peskov: “Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ilkin şərtlər var”
16:52 Xaricdə təhsil alanlar imtahan verəcək
16:50 İrəvanda bir neçə etiraz aksiyası keçirilir
16:47 Pakistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:41 XİN: “Fransanın Azərbaycan əleyhinə səsləndirdiyi fikirlər separatizmin təşviqindən başqa bir şey deyil”
16:35 Rəsmi Bakı Fransa XİN başçısına cavab verib
16:32 Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidmətini gücləndirdi
16:14 Amerikalı ekspert: “Bəzi dövlətlər Qarabağdakı proseslərə erməni lobbisinin təsiri altında reaksiya verirlər”
16:08 Erməni nümayəndələrlə daha bir görüş olacaq
16:05 Görüşdə nə danışılıb? – Prezident Administrasiyası açıqladı
16:05 Azərbaycan MN 1-ci Korpusun komandanı Qarabağda rusların ölümünə görə işdən qovuldu
15:53 Ermənistanda müxalifət nümayəndələri növbəti mitinqlərin keçiriləcəyi barədə xəbərdarlıq ediblər
15:47 XİN: “Ermənistanın Qarabağı sözdə və əməldə Azərbaycanın bir hissəsi kimi tanımasını gözləyirik”
15:47 Azərbaycan İndoneziya Ticarət Sərgisində iştirak edəcək
15:44 “Qızımı özüm böyütmək istəyirəm” – Şəfiqənin yardıma ehtiyacı var!
15:41 Yevlax görüşləri davam edəcək
15:32 Ucarda qətil törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib
15:26 XİN sözçüsü: “Antiterror tədbirləri zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunub və mülki əhali hədəf alınmayıb”
15:20 Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk etdi – Foto
15:17 “Azərbaycan torpaqlarını geri qaytarır, Ermənistan əsarətdən xilas olur”
15:11 Ekspert: “SGC enerji sabitliyinin təmin edilməsi baxımından Macarıstan üçün vacibdir”
15:02 Azərbaycan və Rusiya prezidentləri arasında İrəvanla sülh müqaviləsinin hazırlanması üzrə işlərin fəallaşdırılması razılaşdırılıb
14:59 İlham Əliyev Putinə üzrxahlıq edib
14:53 Aqrar Sığorta Fondunun sədri İsmayıllıda vətəndaşları qəbul edəcək
14:43 Hikmət Hacıyev: “Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır”
14:41 Növbəti il orta aylıq əməkhaqqı 980 manata çatacaq
14:23 Hikmət Hacıyev: “Sülh müqaviləsinin tez bir zamanda yekunlaşdırılması region üçün daha yaxşıdır”
14:08 “Rəqəmsal İqtisadiyyat Strategiyasının təsdiqlənməsi gözlənilir”
14:07 Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 6% artırır
14:05 İcma: “Avropa Parlamenti artıq çoxdandır ki, Azərbaycana qarşı səlib yürüşünə çıxıb”
14:01 Türkiyə MN: “Ermənistan Qarabağı ciddi şəkildə minalayıb”
13:59 “MİDA-nın sisteminə kiberhücumlar olur”
13:58 Türkiyə MN-dən antiterror tədbirləri ilə bağlı – Açıqlama
13:56 Əliyev Putinlə telefonla danışdı
13:47 Gələn il Azərbaycanın müdafiə və təhlükəsizlik büdcəsi 3 milyard manat olacaq
13:41 Ermənistan parlamentinin qarşısında hökumətin istefası tələbilə etiraz aksiyası keçirilir 
13:35 Azərbaycanın HDQ komandanının ABŞ səfəri davam edir
13:29 Paşinyan: “Regionda sülh Ermənistanın müstəqilliyini təmin edən amildir”
13:26 Spiker: “Suverenliyə və ərazi bütövlüyünə hörmət bugünkü beynəlxalq nizamın əsasını təşkil edən meyardır”
13:20 Türkiyə MN: “Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir”
13:17 Milli Məclisin sədri Yevlax görüşündən gözləntilərini açıqlayıb
13:16 Qardaşının keçmiş arvadı ilə evlənən gənci güllələyərək öldürüb
13:14 Türkiyə ordusu son bir həftədə 42 terrorçunu məhv edib
12:53 Cənubi Koreya KXDR ilə əlaqələrə görə fiziki və hüquqi şəxslərə sanksiyalar tətbiq edib
12:44 Sabahın havası açıqlandı
12:43 “Əməliyyat tədbirləri ilə bağlı kiberhücumların sayı artıb”
12:41 Azərbaycanda 6 dövlət obyekti icarə müsabiqəsinə çıxarılıb
12:38 Müdafiə Nazirliyindən Xankəndi ilə bağlı açıqlama
12:37 Yaşar Güler Zakir Həsənovu təbrik etdi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Kürdəmirdə dərzi sexində yanğın – Video

Multimedia 17/09/2023 17:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir şəhəri, Bakı prospektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus dərzi sexində baş verdiyi və genişlənərək bitişik digər tikililərə, o cümlədən tikinti materiallarının satışı mağazalarına keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yanğın baş verən ümumi sahəsi 16m2 olan taxta konstruksiyalardan ibarət dərzi sexi, eləcə də ona bitişik ümumi sahəsi 50m2 olan digər dərzi sexinin lambirdən ibarət tavanı 15m2 sahədə və plastik qapısı yanıb.

Sexin qalan hissəsi və bitişik tikinti materiallarının satışı mağazaları yanğından mühafizə olunub.

Oxumağa dəyər:   Sabahın havası açıqlandı

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO

Multimedia 16/09/2023 11:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın istedadlı şairi Qulu Ağsəs yeni yazdığı şeirini “Qafqazinfo”ya təqdim edib.

 Həmin şeiri oxucuların ixtiyarına veririk:

 

Bu beşgünlük dünyada 

ürəyimdən şənbə seyrinə çıxmaq keçdi, 

arzu dediyin 

can evində ən şuluq kirəkeşdi;

Bütün yanıq ciyərlərin 

qərarı qətidi: 

ən gözəl xətt – 

su xəttidi;

Bəlkə də xırda detaldı: 

viran evləri işğaldan 

uçuq daxmalar qutardı;

Qadınla qələbə hardasa əkizdi: 

yoxsa heç biri belə şəstlə 

sinəsin qabağa verməzdi;

…İlk sevgi şeirim 

mənə dostluq yollayıb instaqramda

(şəklin də çəkmişəm, telefonda durur),

görün nə yazır:

“ikini ikiyə vurarlar,

amma bir bir(in)ə

özü vurulur… “

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib

Xəbər 16/09/2023 09:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotlarının peşəkarlığının daha da artırılması, uçuş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı və gecə məhdudgörmə şəraitində havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra olunub.

Təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO

Multimedia 15/09/2023 12:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC ölkənin bütün regionlarında köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir.

Yenidənqurma işləri Saray qəsəbəsi və Yeni Yaşmada da davam edir.

Saray qəsəbəsində yerləşən Köhnə kənd yaşayış massivində yeni evlərin tikilməsi və əhalinin sürətli artımı bu ərazidə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatını çətinləşdirirdi. “Azərişıq” problemin aradan qaldırılması yönündə yenidənqurma işləri aparır.

“Azərişıq” Yeni Yaşmada müəllimlər üçün ayrılan “Maarif” bağları adlanan ərazidə də abonentləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərini davam etdirir. Ərazidə bütün elektrik şəbəkəsi yenilənir, köhnə dayaqlar və elektrik xətləri yenisi ilə əvəz olunur. Abonentlər üçün yeni smart sayğaclar quraşdırılır.

Həm Saray qəsəbəsində Köhnə kənd adlanan ərazidə, həm də Yaşmada yenidənqurma işlərinin tezliklə yekunlaşması nəzərdə tutulub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezidentlər Eyyub Yaqubovun mahnısını dinlədilər – Video

Maqazin 14/09/2023 23:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərində “Dostluq Axşamı” konsert proqramı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirak edən prezidentlər konsertə baxıblar.

Konsertdə musiqisi Vüqar Mirzəyevə, sözləri Orxan Mürvətliyə aid “Əzizim” mahnısı da ifa edilib.

Qeyd edək ki, sözügedən mahnı Xalq artisti Eyyub Yaqubovun ifasında daha çox məşhurlaşıb.

Həmin anın görüntülərini təqdim edirik:

Edited by: Kazım Sübhan

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Faktiki hava açıqlandı – Video

Multimedia 14/09/2023 18:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Milli Hidrometeorologiya Xidmətinin senytabrın 14-ü saat 18:00-a olan məlumatına əsasən Çilov adası, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlıda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 27 dərəcəyədək, Aran rayonlarında 27 dərəcəyədək, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video

Multimedia 14/09/2023 17:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Burkina-Faso Prezidenti İbrahim Traorenin CBC TV-yə verdiyi eksklüziv müsahibə bu ölkənin mediasında geniş işıqlandırılıb.

RTB dövlət teleradio şirkəti ölkə başçısının toxunduğu məsələlərdən süjetlər hazırlayıb və öz sosial platformalarında paylaşıb.

Yeri gəlmişkən, həmin paylaşımlar da böyük auditoriya tərəfindən izlənilib və İbrahim Traorenin səsləndirdiyi fikirlərə həmrəylik göstərənlər çox olub. Şərhlərdə istifadəçilər Fransanın postmüstəmləkə siyasətini pisləyib, Burkina-Fasonun müstəqil siyasət yürütməyinin vacibliyini vurğulayıblar.

“İmperializm təəssübkeşlərinə rəhm edilməlidir!”, “Fransa ilə əlaqələri tam kəsmək lazımdır!”, “Nəhayət ki ölkə öz qorxularını üstələdi”, – şərhlərdə bildirilir.

Qeyd edək ki, CBC TV-yə eksklüziv müsahibəsində İbrahim Traore ölkədə baş verən son hadisələrdən danışıb. Dövlət başçısı postmüstəmləkə asılılığından azad olunmağın, Burkina-Fasonun digər ölkələrdən təcrid olub-olmamasına, Fransanın ölkəsi ilə mövcud əlaqələrinin yaxşılaşdırılması üçün hansı addımlar atmalı olduğuna və digər məsələlərə aydınlıq gətirib.

Müsahibəni CBC TV-nin YouTube kanalından (https://youtu.be/IXWrhx63FSg?si=CuJ_FaV752dyYXWz linkinə keçid edərək) izləyə bilərsiniz.

Oxumağa dəyər:   Rusiyada qrip və koronavirusa görə məhdudiyyətlər ola bilər

“Radiodiffusion Tvision du Burkina” Qərbi Afrika Burkina Faso dövlətinin milli yayımçısıdır. “Radiodiffusion Television du Burkina”nın baş ofisi paytaxt Uaqaduquda yerləşir. RTB 12 oktyabr 1959-cu ildə yayımlanmağa başlayıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avropa Komissiyasının rəhbərinin çıxışı zamanı corab toxudu – Video

Multimedia 14/09/2023 11:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Avropalı komissar İlva Yohansson Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin çıxışı zamanı corab toxuması ilə gündəmə gəlib.

Bu barədə məlumatı Fransanın “Vətənpərvərlər” partiyasının rəhbəri Florian Filippo öz “X” hesabında paylaşıb. 

Onun sözlərinə görə, Leyenin Avropa İttifaqındakı vəziyyət barədə Avropa parlamentindəki çıxışı o dərəcədə yorucu olub ki, onun komissarlarından biri o danışarkən toxumağa üstünlük verib: “Və bu yüksəkgəlirli şəxslər sizin taleyinizi həll edir! İnanılmazdır”, – deyə Filippo qeyd edib. 

Qeyd edək ki, sentyabrın 11-dən 14-nə qədər Strasburqda Avropa parlamentinin plenar sessiyası keçirilib. Ursula von der Leyen isə Aİ-də vəziyyətlə bağlı illik hesabatla çıxış edib.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qoçaq Əsgərovdan “Kərkük” türküsü – Video

Multimedia 13/09/2023 22:01
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Əməkdar artist Qoçaq Əsgərov “Kərkük” türküsünü ifa edib.

Xanəndənin duet ortağı türkəsilli Aliyə Əziz olub.

Qeyd edək ki, ABŞ-da yaşayan Aliyə Əzizin atası Kərkükdən, anası isə yamaykalıdır. Musiqi ilə həvəskar səviyyədə məşğul olan A.Əziz Türkiyədə jurnalistika üzrə təhsil alır.

Həmin ifanı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ordumuz “İldırım 8-ER” ilə ballistik raketin aşkarlanaraq məhv edilməsini məşq etdi – VİDEO

Multimedia 13/09/2023 10:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələrində sutkaboyu fasiləsiz olaraq xidmət aparılır, hava məkanımız daima izlənilir və müvafiq tədbirlər görülür.

Müdafiə Nazirliyindən (MN) verilən məlumata görə, 2023-cü ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Atış çalışmalarında döyüş heyətləri tərəfindən “İldırım 8-ER” ZRK-nın start mövqeyinə çıxarılması və döyüş tətbiqinə hazırlanması, eləcə də şərti düşmən tərəfindən atılan ballistik raketin aşkar olunaraq məhv edilməsi üzrə tapşırıqlar uğurla yerinə yetirilib.

Atışların keçirilməsində əsas diqqət şəxsi heyətin raket əleyhinə müdafiə qabiliyyətli zenit-raket komplekslərini (ZRK) idarəetmə bacarıqlarının artırılmasına, heyətlər arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsinə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.


InstagramdaInstagramda izlə
Telegram-da izlə

Prezident sinif otaqlarını gəzdi – Video

Multimedia 12/09/2023 21:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

“Qafqazinfo” açılış mərasimindən görüntüləri təqdim edir:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub – Video

Multimedia 12/09/2023 16:36
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi (FHN) və “İRƏLİ” İB-nin birgə təşkilatçılığı ilə “Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub.

Düşərgənin təşkil olunmasında məqsəd vətəndaş cəmiyyətinin fövqəladə hallara effektiv cavab verməsi, gənclərdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin, təbii və texnogen xarakterli fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsidir.

Düşərgədə iştirak edən 100 nəfər gənc mülki müdafiə və fövqəladə hallarla mübarizənin müxtəlif istiqamətləri üzrə nəzəri və praktiki təlimlərə cəlb olunacaqlar. Bu çərçivədə “Gənc Mülki Müdafiəçilər” düşərgəsinin iştirakçıları kollektiv mühafizə qurğularından istifadə, yanğın təhlükəsizliyinin təmin olunması, çadır şəhərciyinin qurulması, axtarış-xilasetmə işinin təşkili, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları və digər sahələr üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Təlimlər FHN-in yüksək ixtisaslı əməkdaşları tərəfindən keçirilir.

Ümumilikdə 5 gün müddətində keçirilməsi nəzərdə tutulan layihəni uğurla başa vuran iştirakçılara Fövqəladə Hallar Nazirliyi və “İRƏLİ” İctimai Birliyi tərəfindən müvafiq sertifikat təqdim ediləcək və bu gənclər fövqəladə hallar zamanı könüllü surətdə iş prosesində yaxından iştirak edə biləcəklər.

Oxumağa dəyər:   Hacıqabulda ağır yol qəzası olub, iki nəfər ölüb.










İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir – VİDEO

Multimedia 12/09/2023 12:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Qeyd edilib ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.

Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.

Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.
Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Küçəni şərab seli basdı – Fotolar+Video

Multimedia 11/09/2023 22:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Portuqaliyanın Anadiya bölgəsində yerli şərab zavodunda iki çənin partlaması nəticəsində həmin ərazinin küçələrindən biri şərabla dolub.

2,2 milyon litr qırmızı şərab həmin bölgənin küçəsinə axıb.

Şərabın axdığı küçədən lentə alınan görüntüləri təqdim edirik:


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda çoxmərtəbəli yaşayış kompleksində təlim zamanı nöqsanlar aşkarlanıb – VİDEO

Hadisə 11/09/2023 17:53
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 31C ünvanında yerləşən “Nəsimi-26” MMC-yə məxsus çoxmərtəbəli yaşayış kompleksində təlim keçirib, nöqsanlar aşkarlanıb.

Bu barədə FHN-dən bildirilib.

Təlim “şərti yanğın” həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.

Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin nizamsız park edilməsi səbəbindən yanğın avtomobilinin yaşayış binasına və su hovuzuna sərbəst şəkildə yaxınlaşa bilmədiyi müəyyən olunub. Bundan əlavə, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmadığı, daxili yanğın su kranlarının tam komplektləşdirilmədiyi, qəza-işıqlandırma sisteminin olmadığı, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğın xəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmadığı da müəyyən edilib.

Qeyd olunan nöqsanların aradan qaldırılması barədə yaşayış kompleksinin yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı “tapşırıqlar” verilib, eyni zamanda yaşayış kompleksinin sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb.

Oxumağa dəyər:   Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xilasetmə və yanğınsöndürmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Su polisi əməliyyat keçirib, saxlanılanlar var – VİDEO

Hadisə 11/09/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, İdarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədi ilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən koordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.

Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kiloqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar edilib. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər.

Oxumağa dəyər:   Bakıda yaşayış binasında yanğın olub

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə xidməti ərazilər olan Dövlət Qoruqları, Milli Parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlara müraciət edərək bildirir ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır. Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edərək icazə sənədini əldə edə bilərlər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə saxlanılan şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər. Su Polisləri tərəfindən həmçinin Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

Oxumağa dəyər:   Rusiyada qrip və koronavirusa görə məhdudiyyətlər ola bilər

Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu da sonuncu sual – O, 1 milyonu qazandı? – VİDEO

Multimedia 11/09/2023 00:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyədə yayımlanan “Kim Milyoner Olmak İster” verilişində yenidən maraqlı anlar yaşanıb.

Ötən həftə verilişə qatılan Rabia Birsen adlı fiziki məhdudiyyətli iştirakçı 1 milyon TL-lik sualı cavablandırıb. 

O, “Türkiyədə 81 vilayət adında bu dörd hərfdən hansı digər üç hərfdən azdır?” sualında doğru seçim edərək 63 500 manatı qazanıb.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, 24 yaşlı Rabia 11 sualı ötən verilişdə doğru cavablandıraraq 12-ci sualı açdırmaq haqqı əldə etmişdi.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 17/09/2023 17:11

Kürdəmirdə dərzi sexində yanğın – Video

Read more
Multimedia 16/09/2023 11:47

“Qadınla qələbə hardasa əkizdi…” – VİDEO

Read more
Xəbər 16/09/2023 09:38

Azərbaycanın hərbi aviasiya vasitələri çətin pilotaj və döyüş manevrləri edib

Read more
Multimedia 15/09/2023 12:47

“Azərişıq” Saray və Yaşmada köhnə, yararsız elektrik şəbəkələrini yeniləyir – VİDEO

Read more
Maqazin 14/09/2023 23:44

Prezidentlər Eyyub Yaqubovun mahnısını dinlədilər – Video

Read more
Multimedia 14/09/2023 18:49

Faktiki hava açıqlandı – Video

Read more
Multimedia 14/09/2023 17:05

Burkina-Faso Prezidentinin CBC TV-yə müsahibəsi bu ölkənin mediasında geniş işıqlandırılıb – Video

Read more
Multimedia 14/09/2023 11:20

Avropa Komissiyasının rəhbərinin çıxışı zamanı corab toxudu – Video

Read more
Multimedia 13/09/2023 22:01

Qoçaq Əsgərovdan “Kərkük” türküsü – Video

Read more
Multimedia 13/09/2023 10:23

Ordumuz “İldırım 8-ER” ilə ballistik raketin aşkarlanaraq məhv edilməsini məşq etdi – VİDEO

Read more
Multimedia 12/09/2023 21:59

Prezident sinif otaqlarını gəzdi – Video

Read more
Multimedia 12/09/2023 16:36

“Gənc Mülki Müdafiəçilər” düşərgəsi təşkil olunub – Video

Read more
Multimedia 12/09/2023 12:56

MN: Azad edilmiş ərazilərdə döyüş növbətçiliyi və hərtərəfli təminat yüksək səviyyədədir – VİDEO

Read more
Multimedia 11/09/2023 22:11

Küçəni şərab seli basdı – Fotolar+Video

Read more
Hadisə 11/09/2023 17:53

Bakıda çoxmərtəbəli yaşayış kompleksində təlim zamanı nöqsanlar aşkarlanıb – VİDEO

Read more
Hadisə 11/09/2023 13:59

Su polisi əməliyyat keçirib, saxlanılanlar var – VİDEO

Read more
Multimedia 11/09/2023 00:08

Bu da sonuncu sual – O, 1 milyonu qazandı? – VİDEO

Read more
Hadisə 10/09/2023 13:35

Bakıda iaşə obyektində yanğın olub – VİDEO

Read more
Multimedia 10/09/2023 10:35

Bakıda çoxmərtəbəli binada yanğın oldu – Video

Read more
Hadisə 09/09/2023 12:29

Abşeronda polis əməliyyat-profilaktiki tədbirlər keçirib, saxlanılanlar var – VİDEO

Read more
Multimedia 09/09/2023 08:53

Mərakeşdə zəlzələdə 296 nəfər öldü – Video +

Read more
Multimedia 09/09/2023 01:47

Makron Dünya Kubokunun açılış mərasimində fitə basıldı, təhqir edildi – VİDEO

Read more
Multimedia 08/09/2023 22:53

Papa Silvestr Stallonenin “Boksla məşğulsan?” sualına belə cavab verdi – Video

Read more
Multimedia 08/09/2023 19:14

Bulvar ərazisində batma təhlükəsi olan qadın belə xilas edildi – Video

Read more
Multimedia 08/09/2023 00:14

Çağırdığı “ayıq sürücü” sərxoş çıxdı – Bakıda kuryoz hadisə – VİDEO

Read more
Multimedia 07/09/2023 21:53

Azərbaycanda həbs edilən erməni futbolçular belə təhvil verilib – Video

Read more
Multimedia 07/09/2023 18:47

Elçin Əmirbəyov: “Qarabağdakı “humanitar vəziyyət”in yeganə günahkarı erməni separatçı rejimidir” – VİDEO

Read more
Multimedia 07/09/2023 18:35

Vilayət Eyvazov türkiyəli həmkarı ilə görüşdü – Foto+Video

Read more
Multimedia 07/09/2023 16:56

Laçında qəzaya düşənlər helikopterlə Bakıya gətirildi – Video

Read more
Multimedia 07/09/2023 12:41

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? – VİDEO

Read more
Multimedia 06/09/2023 19:44

“Səyyar qəbul otağı” bu dəfə Hacıqəhrəmanlıda – Fotolar+Video

Read more
Hadisə 06/09/2023 15:23

Xəzər rayonunda 8 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb – VİDEO

Read more
Multimedia 06/09/2023 11:08

Paytaxt və bölgələrdə elektrik enerjisinin talanması halları aşkarlandı – Video

Read more
Multimedia 05/09/2023 18:43

Zaxarovadan Paşinyana cavab: “Öz əməllərinə görə məsuliyyət daşımağı bacarmaq, günahkar axtarmamaq lazımdır” – VİDEO

Read more
Multimedia 05/09/2023 17:14

Sonuncu sualı bilsə, 1 milyon qazanacaq… – Video

Read more
Hadisə 05/09/2023 10:01

Binəqədidə bir ayda 30 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla