Kürdəmirdə avtomobil qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Atakişili kənd sakini, 33 yaşlı Kərimov Sərxan Cəlal oğlu “Nissan” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən nqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq su kanalına düşüb.

Hadisə zamanı sürücü və onun sərnişinlər – 25 yaşlı Kərimova Samirə Elxan qızı, 2 yaşlı Kərimli Aylin Sərxan qızı və 1 yaşlı Kərimli Cəlil Sərxan oğlu müxtəlif xəsarətlər alıbıar.

Yaralılar təcili tibbi yardım maşınının köməyilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

İstinadlar Report