Kürdəmir rayonunda avtomobil aşıb, 3 nəfər xəsarət alıb.

Hadisə Bakı-Qazax yolunun rayonun Xırdapay kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı avtomobil yolda hərəkətdə olarkən anidən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sürücü və onun iki sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İstinadlar Report