Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hadisə zamanı “Mercedes” markalı avtomobillə “VAZ 2107” markalı nəqliyyat vasitəsi toqquşub. Zərbənin təsirindən “Mercedes” yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

İstinadlar Report