
Kürdəmirin Comərdli kəndində 56 yaşlı kişi intihar edib.
Kənd sakini, 1967-ci il təvəllüdlü İsmiyev Zeynal Rüstəm oğlu özünü yaşadığı evdə kəndirlə asıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələ məlum deyil. Bununla belə, onun 1992-ci ildən əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Z.İsmiyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.