Kür çayında 4 nəfər çimərkən batıb.

Hadisə Kür çayının Bərdənin Nazırlı kəndindən keçən hissəsində baş verib.

Məlumata görə, Göyüşov Ozan Yusif oğlu, Əliyev Məhəmməd Elşad oğlu, Süleymanov Şəmistan Xasay oğlu və Mirağazadə Röyal Rafiq oğlu burulğana düşüb..

Onlardan 3-ü: O. Göyüşov, M. Əliyev və Ş. Süleymanov xilas edilib, R. Mirağazadənin axtarışı davam edilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli