Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı – Video

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.
DGK-dan verilən məlumata görə, İdarənin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi “Kia Sorento” markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycana məxsus aksiz markası olmayan 1470 qutu “Parliament Silver Blue”, 1030 qutu “Parliament Agua Blue” markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmayan boşluqdan 990 qutu “Marlboro Touch”, 20 qutu “Sobranıe superslims less smoke smell”, 4 qutu “Marlboro touch less smell” markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib.
Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu “Parliament Silver Blue”, 500 qutu “Parliament Agua Blue”, 1980 qutu “Marlboro touch” və 500 qutu “Marlboro double mix” markalı siqaretlər aşkar edilib.
Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.
Türkiyədən növbəti hərbi-texnoloji nailiyyət – Video

Türkiyə havadan-havaya raket texnologiyasını inkişaf etdirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında açıqlama verib.
“Türkiyə havadan-havaya raket texnologiyasına sahib olan nadir ölkələrdən biri olmağı bacardı. GÖKTUĞ layihəsində gənc mühəndislərimiz tərəfindən inkişaf etdirilən “BOZDOĞAN” ilk atəşdə hədəfi tam dəqiqliklə vura bildi”,- deyə Ərdoğan qeyd edib.
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO

Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.
Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarındakı şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.
Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.
Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimlərdə şəxsi heyət şərti düşmən hədəflərini aşkarlayaraq onların S-125 zenit-raket komplekslərindən məhv edilməsi tapşırıqlarını müvəffəqiyyətlə icra edib.
Təlimlərin əsas məqsədi şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsidir.
Misirdə ağır yol qəzasında 18 nəfər ölüb – VİDEO

Misirin cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 18 nəfər həyatını itirib.
Bu barədə “Axbar El-Yom” portalı məlumat yayıb.
Gecə saatlarında Qahirədən Sohaqa şəhərinə hərəkət edən sərnişin avtobusunun sürücüsü nəqliyyat vasitəsini nasazlıq səbəbindən yolun kənarında dayanan yanacaq daşıyan yük avtomobilinə çırpıb.
Nəticədə avtomobillər yanmağa başlayıb. Yaralıların xəstəxanalara çatdırılması üçün 30-dan çox təcili yardım avotomobili hadisə yerinə cəlb edilib.
Avtomobil qəzası səbəbindən şəhərlərarası Assiut – Qırmızı dəniz magistralı yolunda hərəkət məhdudlaşdırılıb.
İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +

Aprelin 13-də Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş keçirilib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
***
Aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş beş saat davam edib.
“Aleksandr Lukaşenko azərbaycanlı həmkarı ilə görüşə Bakıya gələndən dərhal sonra yollanıb. Prezidentlər təxminən saat 19:00-da görüşüb, qeyri-rəsmi danışıqlar gecə yarısına qədər davam edib. Liderlərinin məhz hansı məsələləri müzakirə etdikləri hələlik məlum deyil.
Lakin daha əvvəl Belarus Prezidentinin mətbuat xidməti dövlət başçılarının Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətləri və ikitərəfli əməkdaşlığın strateji məsələlərini nəzərdən keçirəcəklərini bildirmişdi”, – məlumatda deyilir.
Qeyd edək ki, aprelin 14-də Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycan Prezidentinin iqamətgahında rəsmi danışıqlar aparacaqlar. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticari-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın inkişafına yönəldiləcək. Tərəflər sənaye əməkdaşlığı, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Bununla yanaşı səhiyyə, elmi-texniki, təhsil və turizm kimi aktual sahələrdə əməkdaşlıq da müzakirə olunacaq. Tərəflər beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar. Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.
Cəbrayılın Sədi kəndindən – Video

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Sədi kəndindən görüntülər yayımlayıb.
“Qafqazinfo” həmin videonu təqdim edir:
Sərhəddən 213 kilodan çox narkotik keçirmək istədi – Video

Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynaya kartof yükü aparan Azərbaycan vətəndaşının idarə etdiyi “DAF” markalı “07BJ293/07ZA294” dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
DGK-dan verilən məlumata görə, sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Təkrar yoxlama zamanı xidməti it 577 ədəd kisədə olan “təzə kartof” yükünə yenidən reaksiya verdiyindən əsaslı yoxlama aparılıb.
Nəticədə 119 ədəd kisədə “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə – heroinin olduğu məlum olub.
Satıcı qadını bıçaqla hədələyib pulu aldı – VİDEO

Bakının Sabunçu rayonunda aptekdə quldurluq və evlərdən oğurluq edən şəxslər saxlanılıb.
DİN mətbuat xidmətindən verilən məlumata görə, Bakıxanov qəsəbəsində naməlum şəxs apteklərdən birinə daxil olaraq orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib obyektin kassasından 480 manat pulu talayıb.
Hadisəni törətməkdə şübhəli bilinən Orxan Şahbazov saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib və hadisə zamanı istifadə etdiyi kəsici aləti polis əməkdaşlarına təhvil verib.
Qeyd edək ki, Orxan Şahbazovun aptekdə törətdiyi quldurluq cinayəti obyektin kameraları tərəfindən də lentə alınıb.
Zabrat və ətraf qəsəbələrdə fevral-aprel ayları ərzində silsilə oğurluq cinayətləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elşən Mailov saxlanılıb.
E.Mailov qeyd edilən müddət ərzində təkcə Sabunçu rayonunda 6 mənzildən və 2 zərgərlik məmulatlarının satıldığı obyektdən soyğunçuluq, eləcə də, oğurluq cinayətləri törədib. Araşdırma zamanı onun əsasən qızıl-zinət əşyaları ələ keçirdiyi məlum olub. E.Mailov zərərçəkənlərə ümumilikdə 15 min manata yaxın maddi ziyan vurub.
Zəngilanın Sarıqışlaq kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Sarıqışlaq kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən sülhməramlı bölmələrdə təlim məşqləri keçirilib.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə keçirilən məşqlərdə hərbi qulluqçuların döyüş, mənəvi-psixoloji, fiziki, tibbi və xüsusi hazırlığı yoxlanılıb.
Qeyd edək ki, hazırda Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstan və Cənubi Sudanda həyata keçirilən missiyalarda iştirak edir.
“Yaş fərqi çətinliklər yaradır” – Siyavuş Kəriminin xanımı – VİDEO

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi ailəsi ilə birgə kamera qarşısına keçib.
O, xanımı Günay Kərimi və iki övladı ilə birgə İctimai TV-də yayımlanan “Gəl, qonaq ol” proqramında iştirak edib.
İkinci dəfə ailə quran S. Kərimi xanımı ilə aralarında böyük yaş fərqinin olduğunu qeyd edib. Günay Kərimi isə sözügedən mövzuya toxunaraq bəzən yaş fərqinin ortaya çıxardığı çətinliklərdən söz açıb:
“Yaş fərqi bəzən çətinliklər yaradır. O, daha dərin düşünür. Baxışlar da fərqli olur. Amma onun kimi həyata baxmağa öyrənmişəm. Üç il mənə hisslərini və fikirlərini söyləmək üçün gözlədi. Əvvəldən bunu hiss edirdim. Mənə baxışlarından, münasibətindən və s. Açığı deyim, evlilik təklifini gözləyirdim. Amma düşündüm ki, bir az naz edim. Onun tələbələr, işçilərlə səmimi münasibəti gözümdə yüksəldib”.
Prezidentin bugünkü çıxışının – Videosu

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşüb.
Ali Baş Komandanın hərbçilərlə görüşüdə çıxış edib.
Dövlət başçısının çıxışının videosunu təqdim edirik:
Usta maşını gecikdirdiyi üçün atəş açan şəxs saxlanıldı – VİDEO

Yasamal rayon sakini olan bir nəfər şəxs Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzi Xidmətinə müraciət edərək bildirib ki, əvvəldən tanıdığı bir nəfər yaşadığı evə gələrək, ona və ailə üzvlərinə doğru odlu silahdan atəş açıb.
DİN-dən verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, atəş açan şəxs əvvəllər məhkum olunmuş paytaxt sakini Etibar Əlizadədir.
Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən E.Əlizadə qısa zamanda saxlanılıb.
Onun idarə etdiyi avtomobilə baxış zamanı hadisədə istifadə etdiyi bir ədəd “JK-9” markalı odlu silah, həmin silaha məxsus yeddi ədəd patron və bir ədəd idman tapançası aşkar olunaraq götürülüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Azərbaycanlı “qanuni oğru” qətlə yetirildi – Video

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb.
Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. Qətl zamanı yaxınlıqda criminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.
Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.
Azərbaycan Ordusunda taktiki təlimlər başladı – Video

Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.
Təlimlərdə əsas səylər Vətən Müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla, real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.
Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj

Ali Baş Komandan İlham Əliyev tərəfindən açılışı edilən Hərbi Qənimətlər Parkında 300-dən çox eksponat sərgilənir.
Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin nümayiş etdirilməsi üçün Prezident İlham Əliyevin təşəbbüsü ilə Xətai rayonu, Nobel prospektində 5 hektar ərazidə Hərbi Qənimətlər Parkı salınıb. Parkın inşasına 2021-ci ilin yanvar ayında başlanılıb.
Parkda düşmənin hərbi texnikaları, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, məğlubiyyətə uğradılan düşmən ordusunun hərbçiləri, Müzəffər Azərbaycan Ordusunun qalib əsgər və zabitlərinin mulyajları, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya da park ərazisində sərgilənir.
Hərbi Qənimətlər Parkı ərazisində yaradılmış video təqdimat bölməsindəki monitorlarda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qələbə tvitləri, Vətən müharibəsi ilə əlaqədar çıxışları yer alıb.
Parkda döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə olan erməni hərbçilərinin mulyajları sərgilənir. Parkda Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi yaradılıb.
Azərbaycanlı memarlar tərəfindən burada erməni əsgərlərin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib.
Parkın ərazisində quraşdırılan oturacaqlar erməni hərbçilərin silah-sursatlarını saxladıqları taxta yeşiklərdən hazırlanıb. Parkdakı kiçik işıq dirəkləri düzəldilərkən isə erməni tanklarının mərmilərindən istifadə olunub.
Parkda həmçinin, Ermənistan hərbçilərinə aid dəbilqələrdən ibarət kompozisiya da sərgilənir.
Park ərazisində düşmənin 150-yədək ağır texnikası, o cümlədən “T-72” tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit raket kompleksi və digər ağır zirehli texnika, atıcı silahlar, hərbi nəqliyyat və s. qənimətlər sərgilənir. Vətən müharibəsi zamanı düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar sırasında yer alıb.
Hərbi Qənimətlər Parkında Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar da təqdim olunur.
Parkda informasiya mərkəzi, suvenir mərkəzi, kafe də fəaliyyət göstərir. Ziyarətçilər suvenir mərkəzindən milli brendlərin Azərbaycana, o cümlədən qələbəmizə həsr olunan müxtəlif məhsullarını əldə edə bilər.
Video: Nuran Məmmədov
Həmçinin baxın
Rusiyada azərbaycanlı avtoriteti öldürən şəxs cinayəti etiraf edib – VİDEO
Azərbaycan Ordusunun Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib – VİDEO
İlham Əliyevlə Lukaşenkonun qeyri-rəsmi görüşü 5 saat davam edib – Video +
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib – VİDEO
Ermənistan ordusunun bunkeri belə olub – Qənimətlər parkından videoreportaj
Azərbaycan Ordusunda raket-artilleriya batareyalarının döyüş atışlı taktiki təlimləri başlayıb – VİDEO
“Universitetə qəbul olduqdan 5 dəqiqə sonra atamın şəhid xəbəri gəldi” – Video
“Restoranların açılması o demək deyil ki, toy edə bilərsiniz” – DİN – VİDEO
Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri başa çatıb – VİDEO
Azərbaycan və Türkiyənin birgə əməliyyat-taktiki təlimləri başlayıb – Video
Paşinyan Putinlə görüşündə çıxışı zamanı 10 dəfə şparqalkaya baxıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla