İyunun 9-da ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.

Bu Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Şərur, Şahbuz, Culfa, Ordubad, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, Hacıqabul, Goranboy, Daşkəsən, Ağdam, Tərtər, Bərdə, Şəki, Qax, Zaqatala, Göygöl, Gəncə, Naftalan, Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.

Ölkə ərazisində küləkli hava şəraiti iyunun 10-dək fasilələrlə davam edəcək.

İstinadlar Qafqazinfo