
Bakı Nəqliyyat Agentliyi sürücülərdən hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollardakı müəyyən edilmiş sürət həddinə əməl etmələrini xahiş edir.
Güclü külək səbəbində hərəkətin təhlükəsizliyinə və fasiləsizliyinə mane ola biləcək hal baş verəcəyi təqdirdə dərhal zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların məlumatlandırılması təmin ediləcək.