Ukraynanın xarici işlər naziri Dmıtro Kuleba ABŞ Nümayəndələr Palatasının Kiyevə hərbi yardımı ehtiva edən qanun layihəsini təsdiqləməsini “Amerikanın tərəddüd edəcəyinə inanmağa cəsarət edənlərin bəd günü” adlandırıb.

Bu barədə Ukraynanın baş diplomatı sosial şəbəkədə paylaşım edib.

“[Rusiya Prezidenti Vladimir] Putin üçün bəd gündür. Amerikanın nəyi və kimi müdafiə etdiyinə gəlincə, tərəddüd edə biləcəyinə inanmağa cəsarət edən hər kəs üçün bəd gündür”, – Kuleba vurğulayıb.

Nümayəndələr Palatasına təşəkkürünü bildirən XİN başçısı “ABŞ-nin qlobal liderliyini təsdiqlədiyini” qeyd edib.

İstinadlar Report