Ukraynanın iki səfirliyi təhdid məktubları alıb.

Bu barədə “Ukrinform” agentliyinə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib.

“Madriddə baş verənlərdən əlavə, partlayıcı maddələrlə bağlı olmayan, lakin Ukrayna səfirliklərinə çox konkret təhdidlərin olduğu digər narahatedici hadisələr də baş verib”, – agentlik nazirin sözlərindən sitat gətirib və söhbətin iki diplomatik nümayəndəlikdən getdiyini vurğulayıb.

D.Kuleba səfirlik əməkdaşlarının nə cür təhdidlər aldığını, eləcə də bu diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrin adını açıqlamayıb, sadəcə Ukrayna Xarici İşlər Nazirliyinin tezliklə bu məsələ ilə bağlı rəsmi şərh verəcəyini bildirib.

İstinadlar Report