
Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu gün G7 ölkələrinin və bu koalisiyaya daxil olan digər dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
Bildirilib ki, nazirlərin görüşündə xüsusilə Ukraynanın enerji sisteminin bərpasına konkret praktiki töhfələr diqqət mərkəzində olacaq.