Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə Mədəniyyət Nazirliyi tərəfindən teatrda aparılan yoxlamalara münasibət bildirib.

Bu barədə o, keçirdiyi mətbuat konfransında deyib.

Direktor bütün söz-söhbətlərin teatrın ötən il keçirilən 90 illik yubileyindən sonra yarandığını vurğulayıb.

Onun sözlərinə görə, yubiley günü nazirliyin sabiq birinci müavini Elnur Əliyevlə olan söhbətindən sonra teatr planı qaldırılıb: “Bununla bağlı müraciət etdim və plan bir qədər aşağı salındı, yoxlamalar başladı. İki gün sonra Fərəh Acalova (nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri – red) görüşmək istədiyini bildirdi, amma etiraz etdim”.

R.Əhmədzadə bildirib ki, yoxlamalar başlayandan bir neçə gün sonra nazir Anar Kərimovla görüşüb: “Əməkdaşların nazirlə görüşmək istəyini dedim. Haqsız olaraq teatrda korrupsiya faktlarının olması ilə bağlı söz-söhbətlər yayılıb. Belə bir şey ola bilməz. Baş verənlərdən anladım ki, burada ciddi oyun gedir. Kukla teatrında korrupsiya ola bilməz”.

İstinadlar Qafqazinfo