AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Moldovanın keçmiş prezidentinin saxlanıldığı təcridxananın mühafizəsi gücləndirilib
  • Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində iştirak edir
  • Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
  • Vətən Müharibəsi Qəhrəmanının xatirə abidəsinin açılışı oldu – Fotolar
  • Sabah 23° isti olacaq
  • Vilayət Eyvazov qəbul keçirdi – Video
  • 18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi
  • İsrailin XİN başçısı: “Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm”
  • Rudenko növbəti görüşün Moskvada keçiriləcəyini təsdiqlədi
  • II Elizabet İlham Əliyevi təbrik etdi
  • Moldovanın keçmiş prezidentinin saxlanıldığı təcridxananın mühafizəsi gücləndirilib
  • Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
  • Rudenko növbəti görüşün Moskvada keçiriləcəyini təsdiqlədi
  • II Elizabet İlham Əliyevi təbrik etdi
  • BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”
  • Ukrayna ordusu üç kadırovçunu məhv edib
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi
  • Separatçıların eks-naziri: “Ukraynadakı hərbi əməliyyat tamamilə iflasa uğrayıb”
  • Ramin Hacılı vaxt istədi, məhkəmə təxirə salındı
  • “Şahin Mustafayev ermənicə sərbəst danışır..”
  • Ukrayna Baş Qərargahı: “Rusiyanın 29 450 hərbçisi zərərsizləşdirilib”
  • Keçmiş şöbə müdirinə PA-da vəzifə verildi
  • Mariupolda mühasirə zamanı ölən dinc sakinlərin sayı açıqlanıb
  • “Ermənistanın yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır…”
  • Etirazçılar İrəvanda Prezident Sarayına girişi bağladı
  • Ukrayna Baş Qərargahı sutkalıq əməliyyat məlumatını yayıb
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Küçədə snoubord maraqla qarşılandı – Video
25/01/2022 01:28
Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
25/05/2022 14:12
Vilayət Eyvazov qəbul keçirdi – Video
25/05/2022 14:02
“Şahin Mustafayev ermənicə sərbəst danışır..”
25/05/2022 11:08
Bu avtomobil sahiblərinə pul veriləcək – Video
25/05/2022 00:56
Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO
24/05/2022 17:32
Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video
24/05/2022 16:51
Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video
24/05/2022 16:09
Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video
24/05/2022 13:39
Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video
24/05/2022 12:09
Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO
24/05/2022 11:57
Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO
24/05/2022 11:44
Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO
24/05/2022 10:14
İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO
23/05/2022 18:56
“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video
23/05/2022 13:40
Türkiyəli pilotlar Bakı səmasında – Video
23/05/2022 12:46
Şuşa Real Məktəbi belə olacaq – Video
23/05/2022 12:00

Video xəbərlər

  • Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
  • Vilayət Eyvazov qəbul keçirdi – Video
  • “Şahin Mustafayev ermənicə sərbəst danışır..”
  • Bu avtomobil sahiblərinə pul veriləcək – Video
  • Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

25/05/2022
14:29 Moldovanın keçmiş prezidentinin saxlanıldığı təcridxananın mühafizəsi gücləndirilib
14:15 Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində iştirak edir
14:12 Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video
14:07 Vətən Müharibəsi Qəhrəmanının xatirə abidəsinin açılışı oldu – Fotolar
14:05 Sabah 23° isti olacaq
14:02 Vilayət Eyvazov qəbul keçirdi – Video
13:17 18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi
13:15 İsrailin XİN başçısı: “Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm”
13:11 Rudenko növbəti görüşün Moskvada keçiriləcəyini təsdiqlədi
12:53 II Elizabet İlham Əliyevi təbrik etdi
12:44 BMT: “Ukraynadakı müharibə 70-dən çox ölkədə böhran və defolta səbəb ola bilər”
12:33 Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti həbs edilib
12:30 Qusarda bədbəxt hadisə – 8 yaşlı qız öldü
12:21 Ukrayna ordusu üç kadırovçunu məhv edib
12:18 Ərdoğan İlham Əliyevə məktub göndərdi
12:02 Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
11:58 İraqda həbsxanada saxlanılan 2 uşaq Azərbaycana gətirildi
11:49 Separatçıların eks-naziri: “Ukraynadakı hərbi əməliyyat tamamilə iflasa uğrayıb”
11:46 FHN-in Cənub Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirdi – Fotolar
11:20 Cənubi Koreya: “Şimali Koreya nüvə silahının sınağına hazırlıq görür”
11:15 Kuleba: “NATO-nun Ukraynanın dənizlə məhsul ixracına təminat verməsi çətindir”
11:11 Ramin Hacılı vaxt istədi, məhkəmə təxirə salındı
11:08 “Şahin Mustafayev ermənicə sərbəst danışır..”
11:06 Prezident qəbul keçirdi
11:02 Moskvada karantinlə bağlı cərimələr ləğv edilir
10:56 Ukrayna Baş Qərargahı: “Rusiyanın 29 450 hərbçisi zərərsizləşdirilib”
10:41 Keçmiş şöbə müdirinə PA-da vəzifə verildi
10:37 Mariupolda mühasirə zamanı ölən dinc sakinlərin sayı açıqlanıb
10:34 “Ermənistanın yeganə çıxış yolu hamı deyənə qulaq asmaqdır…”
10:14 Fatmayıda ağır qəza – Ölən və yaralanan var
10:02 Prezident Ofisi: “Müharibənin müddəti Rusiyaya qarşı enerji sanksiyalarından asılıdır”
09:47 Ukraynada ölən uşaqların sayı 238-ə çatıb
09:46 Etirazçılar İrəvanda Prezident Sarayına girişi bağladı
09:35 Britaniya kəşfiyyatı: “Ukrayna taxılının əhəmiyyətli hissəsi ixrac oluna bilmir”
09:26 Ukrayna Baş Qərargahı sutkalıq əməliyyat məlumatını yayıb
09:03 Qaxda da mikroavtobus qəzaya düşdü
08:49 Evinin həyətini narkotik plantasiyasına çevirən qadın saxlanıldı – Fotolar
08:32 NATO baş katibi Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyini açıqlayıb
08:24 Yevlaxda sərnişin mikroavtobusu traktorla toqquşdu – 10-dan çox yaralı
08:15 AXCP üzvü azadlığa çıxdı
05:56 Avstriyada tibbi maska tələbi daha 3 ay qüvvədə olacaq
04:50 Kanada Ukraynaya yeni hərbi yardım paketini qəbul edib
04:20 Braziliyada polisin xüsusi əməliyyatı zamanı onlarla insan öldürülüb
03:27 KXDR Yapon dənizinə üç ballistik raket atıb
02:35 Bayden Texas hadisəsi ilə əlaqədar olaraq bayraqların endirilməsini əmr edib
01:59 “Üçtərəfli sazişlərin həyata keçirilməsi zəruridir” – Aİ
01:56 Çexiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
01:20 FTB Corc Buşa qarşı sui-qəsdin qarşısını alıb
00:56 Bu avtomobil sahiblərinə pul veriləcək – Video
00:30 ABŞ-da orta məktəbdə atışma zamanı bir neçə şagird həlak olub, yaralılar var
24/05/2022
23:41 Rusiya ordusu Donbasın 39 yaşayış məntəqəsini atəşə tutub, ölənlər var
23:35 Fransa XİN Rusiyaya qarşı yeni sanksiyalar paketini tezliklə qəbul etməyə çağırıb
23:05 Milanoviçdən İlham Əliyevə məktub
22:46 Xarici dövlətlərin hərbi attaşeləri Naxçıvana səfər ediblər
22:26 Mobil telefonlarla bağlı qərar barədə – Açıqlama
22:14 Zelenski Rusiya ilə danışıqlara qayıtmağın şərtini açıqlayıb
21:54 Şarl Mişel Azərbaycan-Ermənistan sərhədində komissiyanın görüşündən yazdı
21:28 Yeni təyin edilən nazir müavinləri kimdir?
21:06 İlham Əliyevdən nazirliklə bağlı – Fərman
21:00 Nazirliyin vəzifəli şəxsi vəfat etdi

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Küçədə snoubord maraqla qarşılandı – Video

Multimedia 25/01/2022 01:28
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kəskin hava şəraiti Türkiyənin bir çox bölgəsində olduğu kimi, Boluda da müşahidə olunur.

Yağan qardan sonra vətəndaşlardan biri maşının arxasına ip bağlayaraq, küçələrdə snoubord şou göstərib.

Onun qar əyləncəsi təəccüb doğurub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video

Multimedia 25/05/2022 14:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, yanğın onbirmərtəbəli yaşayış binasının liftinin şaxtasında baş verib və bir qrup vətəndaş mənzillərdə təhlükəli vəziyyətdə qalıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürülərək alovun genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. Eyni zamanda, yanğınsöndürənlər tərəfindən xüsusi texnikanın tətbiqi ilə binanın yuxarı mərtəbələrində təhlükəli vəziyyətdə qalmış vətəndaşlar xilas edilib. Ümumilikdə xilasetmə əməliyyatı zamanı 15 bina sakini qatı tüstülənmiş binadan təhlükəsiz yerə təxliyə olunub.

Yanğın nəticəsində liftin şaxtasının arxa hissəsindən keçən kabellər 18 p.m yanıb. Mənzillər yanğından mühafizə olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Vilayət Eyvazov qəbul keçirdi – Video

Multimedia 25/05/2022 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-25-də Quba Rayon Polis Şöbəsində növbəti qəbul keçirib.

Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz rayonlarından gələn 72 vətəndaşı qəbul edən nazir onların müraciətlərini dinləyib, problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini  tapıb.

Daha sonra general-polkovnik V.Eyvazov şimal bölgəsi üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 101 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 37-si  Vətən müharibəsi iştirakçısı, 7-si isə şəhid ailələrinin üzvləri olublar.

Sonda V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə müvafiq tapşırıqlar verib.

 


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şahin Mustafayev ermənicə sərbəst danışır..”

Multimedia 25/05/2022 11:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Ermənistanla dövlət sərhədinin delimitasiyası üzrə Komissiyaya Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev rəhbərlik edəcək. Ermənistan tərəfindən isə ölkənin Baş nazirinin müavini Mqer Qriqoryan bu vəzifəni icra edəcək.

Şahin Mustafayevin bu vəzifəyə təyinatından sonra Ermənistan mediasında onun kimliyi barədə məlumatlar dərc olunmağa başlayıb.

Belə ki, “Hraparak” qəzeti yazır ki, Şahin Mustafayev Ermənistanda doğulub və burada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

“Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Şahin 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb. O, erməni dilində sərbəst danışır, Ermənistan tarixini və diasporunu yaxşı bilir”, – deyə məlumatda qeyd olunub.

Maraqlıdır ki, Ermənistanda fəaliyyət göstərən daha bir media qurumu “Civilnet” 2014-cü ilin fevralında Şahin Mustafayevin Cucevanda yaşadığı dövrlə bağlı “Qızıl medalçı: Şahin Mustafayev” adlı sənədli film hazırlayıb. 2021-ci ildə isə “Caucasus Talks” yutub kanalı sözügedən videomaterialı Azərbaycan dilində titrlə yayımlayıb. Bu filmdə də keçmiş iqtisadiyyat naziri Ş. Mustafayevin təhsili, şəxsi həyatı, hərbi xidmətdə olduğu dövr barədə məlumatlar yer alıb. Qeyd olunur ki, sözügedən kənddə Şahin Mustafayev və ailəsi ilə bağlı xoş xatirələr qalıb.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Multimedia 25/05/2022 00:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın avtomobil parkı yenilənəcək. Köhnə və istismar müddətini başa vuran avtomobillər utilizasiyaya göndəriləcək. Bunun əvəzində isə vətəndaşların yeni avtomobillər almaları üçün təşviqat işləri aparılacaq.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə ”Xəzər Xəbər”ə müsahibəsi zamanı deyib ki, Azərbaycanda köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı bir neçə dövlət qurumu tərəfindən birgə layihə hazırlanıb.

Layihənin məqsədi yol hərəkəti və ekologiya üçün təhlükəli hesab edilən köhnə nəqliyyat vasitələrinin utilizasiyasıdır.

O qeyd edib ki, hazırda Azərbaycandakı avtomobillərin 80 faizinin istehsal tarixi 10 ildən çoxdur:

Ölkə başçısının tapşırığına uyğun olaraq hazırlanan dövlət proqramının əsas məqsədi ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etməkdir”.

O əlavə edib ki, istismar müddətini başa vuran, ekoloji cəhətdən təhlükəli hesab edilən nəqliyyat vasitəsini utilizasiyaya göndərən avtomobil sahiblərinə pul vəsaiti veriləcək və ya digər güzəştlər tətbiq ediləcək.

Nazir müşaviri onu da qeyd edib ki, avtomobil sahibləri maşınını utilizasiyaya göndərməkdə tam sərbəst olacaq. Yəni bu, onların könüllü seçimidir.

Oxumağa dəyər:   İsrailin XİN başçısı: "Dönər kababı olacaqsa, Türkiyəyə səfər edərəm"

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Multimedia 24/05/2022 17:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili onurğasından zədə aldığını və əməliyyata ehtiyac duyduğunu açıqlayıb.

Saakaşvilinin ictimaiyyətə ünvanladığı məktubu “Vahid Milli Hərəkat” müxalif partiyasından olan deputat Yekaterina Xerxeulidze oxuyub.

“Həkimlər MRT vasitəsilə onurğamdan zədə aldığımla bağlı diaqnoz qoydular. Bu zədəni böyük ehtimalla zor tətbiq edilərək Qldani həbsxanasına köçürülərkən almışam. Anladığım qədərilə, bu zədəyə görə əməliyyata ehtiyac duyuram”, – deyə Saakaşvili söyləyib.

Saakaşvili yazır ki, bel nahiyəsində güclü ağrı hiss edir və bu səbəbdən də, gün ərzində bir neçə dəfə ona ağrıkəsici iynələr vurulur. Bununla yanaşı, onda tez-tez başgicəllənməsi və titrəmə müşahidə edilir. Eyni zamanda, o, sol əlini hərəkət etdirməkdə çətinlik çəkir.

Xatırladaq ki, Gürcüstanın Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti mayın 12-si Saakaşvilini Rustavidə saxlanıldığı həbsxanadan tibbi müayinə üçün Tbilisidəki “Vivamed” klinikasına köçürüb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Multimedia 24/05/2022 16:51
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son həftədə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər saxlanılıb.

Onlarda ümumilikdə 2 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib. Saxlanılanlar birbaşa olaraq Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin satışını həyata keçirən şəxslər olublar.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb.

Saxlanılan şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Multimedia 24/05/2022 16:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Bakı-Naxçıvan reysini həyata keçirən təyyarə tufanla əlaqədar Naxçıvan hava limanına eniş edə bilməmişdi. Nəticədə, Bakıya qayıtmaq barədə qərar qəbul edilib və təyyarə 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Məlum olub ki, təyyarə Bakı səmasında olduğu vaxtda əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Təyyarənin göyərtəsində olan sərnişinlər həyəcanlı anlar keçiriblər.

“Qafqazinfo” həmin vaxt təyyarənin göyərtəsində çəkilən videogörüntüləri təqdim edir:

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Multimedia 24/05/2022 13:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda sərnişin avtobuslarında cibgirlik edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt ərazisində cibgirlik cinayətləri edən əvvəllər məhkum olunmuş Qurban Mehtiyev polis əməkdaşları tərəfindən tutulub. Araşdırma zamanı onun müxtəlif avtobuslarda 4 nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub.

Qurban Mehtiyev ifadəsində etdiyi cinayətləri etiraf edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Multimedia 24/05/2022 12:09
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 32 yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma, 1 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 10 nəfər, o cümlədən Bakı şəhərinin Nəsimi rayonunda yaşayış binasının pəncərəsinə çıxaraq intihar etmək istəyən 1 nəfər və Bakı şəhərinin Qaradağ rayonunda “Scania” markalı qoşqulu yük avtomobilinin yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan 1 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Multimedia 24/05/2022 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda qazi adı ilə dilənçilik edən şəxsə 30 sutka həbs cəzası verilib.

Məlumata görə, Nəsimi rayonu Ağadadaş Qurbanov və Salayev küçələrinin kəsişməsində özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini Ümid Məmmədov barəsindəki protokola Nəsimi Rayon Məhkəməsində baxılıb. Məhkəmə ona 30 sutka inzibati həbs cəzası təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Ümid Məmmədovun görüntülərini yayıb. Bildirilib ki, o, daha asan və daha çox “qazanc” əldə etmək məqsədilə ənənəvi üsullardan kənar yollarla dilənçilik fəaliyyəti ilə məşğul olub. 

Sağlamlıq vəziyyəti qaydasında olan, heç bir əlillik dərəcəsi olmayan Ü.Məmmədovun daha əvvəl də bir neçə dəfə müxtəlif əməllərə görə tutulduğu qeyd edilib.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Multimedia 24/05/2022 11:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ukrayna Silahlı Qüvvələrinin kamikadze dronlardan istifadə etməsinə dair ilk görüntülər yayılıb.

Kamikadze dronunun Rusiya texnikası və hərbçilərini zərərsizləşdirməsi videosu Ukraynanın Xüsusi Əməliyyatlar Qüvvələrinin feysbuk səhifəsində paylaşılıb.

“Rusiya işğalçıları zirehdə oturaraq rahatca alkoqol içirdilər. Lakin onların adət etdiyi məşğuliyyət qəflətən aviazərbə ilə dayandırılıb. Güclü partlayıcı maddə ilə təchiz edilmiş müasir kamikadze pilotsuz uçan aparat birbaşa tanka çırpılıb. Düşmən itkilər verib”, – Xüsusi Əməliyyatlar Qüvvələrinin Komandanlığı bildirib.

Paylaşımda hansı drondan istifadə edildiynə dair məlumat verilməsə də, bunun ABŞ istehsalı “Switchblade” olduğu güman edilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Multimedia 24/05/2022 10:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və bölmələrin döyüş hazırlığının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildiirlib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Qaraheybət” Təlim Mərkəzində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib.

Müdafiə nazirinə məruzə olunub ki, burada müasir döyüş üsullarının praktiki tətbiq edilməsi üçün real şəraitə uyğunlaşdırılmış təlim sahələri inşa olunub.

Bundan başqa müxtəlif növ döyüş texnikasının mürəkkəb relyef və çətin hava şəraitində idarə olunması, eləcə də onlardan atəş açılması üzrə hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi üçün məşğələlər keçirilir.

Müdafiə naziri “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun kursantlarının təlim sahələrində nümunəvi çıxışlarını izləyib.

Oxumağa dəyər:   Yens Stoltenberq: "NATO Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırıb"

Əvvəlcə atış şəhərciklərində atəş hazırlığı üzrə normativlərin və təlim atış çalışmalarının praktiki icrası nümayiş etdirilib.

Sonra müdafiə naziri tank atış şəhərciyində olub. Məruzə olunub ki, burada Vətən müharibəsində, eləcə də son dövrlərdə aparılan döyüş əməliyyatlarında öyrənilən təcrübələrə əsaslanaraq tankların yaşayış məntəqələrində effektiv tətbiqi üsulları məşq etdirilir.

Daha sonra mühəndis şəhərciyinə baxış keçirilib.

Qeyd olunub ki, şəhərcikdə hərbi qulluqçulara müxtəlif tipli mina və döyüş sursatları ilə bağlı ətraflı məlumat verilir. Bundan başqa, mühəndis vasitələri ilə mina və partlamamış döyüş sursatlarının aşkar edilməsi, eləcə də onların təhlükəsizlik qaydalarına əməl olunmaqla zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra olunur.

Müdafiə naziri fiziki hazırlıq şəhərciyinin maneələr zolağı (pentatlon) və kəşfiyyat cığırında kursantların məşq prosesini izlədikdən sonra artilleriya batareyasının komanda müşahidə məntəqəsində olub. Burada kursantlar artilleriya simulyatorlarından atış tapşırıqlarını müvəffəqiyətlə yerinə yetiriblər.

Sonda müdafiə naziri mərkəzin ərazisində tikintisi davam edən hərbi obyektlərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.

Oxumağa dəyər:   Ərdoğan İlham Əliyevə məktub göndərdi

General-polkovnik Z.Həsənov hərbi qulluqçuların döyüş hazırlığının və peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, müasir təlim-məşq üsullarının öyrənilməsi və tətbiqi, həmçinin tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Multimedia 23/05/2022 18:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İranın Abadan şəhərində onmərtəbəli bina çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.

Xəbəri rus dilində oxuyun: “В Азербайджане это шоу будет показано впервые” – Фото

Hazırda çökən binanın yaxınlığında yerləşən yaşayış və kommersiya xarakterli binalardan təxliyə əməliyyatı həyata keçirilir. 

Ölən və yaralananların sayının artacağı gözlənilir.

***

İranda binanın çökməsi nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. 25 nəfər isə yaralanıb. Dağıntılar altında azı 80 nəfərin qaldğı bildirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Multimedia 23/05/2022 13:40
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində keçiriləcək “Formula-1 Azərbaycan Qran Prisi 2022” yarışlarına hazırlıq çərçivəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkəti nəzdində Bakı Marşal Klubu marşalların bacarıq və təcrübələrinin artırılması məqsədilə 21-22 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin dəstəyi ilə yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar üçün növbəti təlimlər keçirilib.

FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ağali Hüseynovun rəhbərliyi ilə təşkil olunan təlimlərin keçirilməsində məqsəd yarışlar zamanı baş verə biləcək fövqəladə hallarla bağlı əməliyyat və qarşılıqlı fəaliyyət planlarının reallığının yoxlanılması, yanğınların qarşısının alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün marşalların peşəkarlığının daha da artırılmasıdır.

Təlimin nəzəri hissəsində Akademiyanın xüsusi ixtisaslı təlim-tədris heyəti tərəfindən tədbir iştirakçılarına fövqəladə hallar, o cümlədən yanğın təhlükəsizliyinə dair biliklərin aşılanması, mümkün belə hadisələrin qarşısının alınması və xilasetmə tədbirlərinin təşkili istiqamətində onların bacarıqlarının möhkəmləndirilməsi məqsədilə təqdimatlar edilib.

Oxumağa dəyər:   18 yaşlı qız sevgilisi ilə marketin damını söküb oğurluğa girdi

Praktiki hissədə fövqəladə hadisələr, o cümlədən yanğın təhlükəsizliyi və xilasetmə işlərində istifadə olunan xüsusi texnika və avadanlıqlarla davranış qaydaları əyani şəkildə izah olunub.

Mayın 14-dən başlayan təlimlər artıq 4-cü dəfədir ki keçirilir. Nəzəri və praktiki hissələrdən ibarət bu təlimlərdə ümumilikdə 190 nəfərə yaxın marşal iştirak edib.

Qeyd edək ki, növbəti “Formula-1 Azərbaycan Qran Prisi 2022” bu ilin 10-12 iyun tarixlərində paytaxt Bakıda keçiriləcək. Yarış müddətində 1400 marşalın iştirakı nəzərdə tutulub.









İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyəli pilotlar Bakı səmasında – Video

Multimedia 23/05/2022 12:46
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində ölkəmizə gələn türkiyəli pilotlar Bakı səmasında sınaq uçuşları ediblər.

Onlar havada bir sıra manevrlər həyata keçiriblər.

Qeyd edək ki, 26-29 may tarixlərində keçiriləcək festival çərçivəsində türkiyəli pilotlarla yanaşı Azərbaycandan olan hərbçilər də nümunəvi uçuşlar da həyata keçirəcək.

Eldar Tanrıverdi

Fotolar: Müzəffər İsmayılov



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Şuşa Real Məktəbi belə olacaq – Video

Multimedia 23/05/2022 12:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Artıq Şuşa Real Məktəbinin layihələndirmə və bərpa işlərinə başlanılıb.

Bu məqamda xatırladaq ki, Şuşa Real Məktəbi XIX əsrdə inşa olunub. Azərbaycanda maarifçi nəslin yetişməsində bu təhsil müəssisəsinin xüsusi rolu olub. Haşım bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli kimi ədiblər bu məktəbin yetirmələri olub.

1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı Məktəbi yandırılaraq xarabazara çevrilib.

Layihələndirmə və bərpa işlərinə başlanılan Şuşa Real Məktəbinin necə olacağına dair videogörüntünü təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/05/2022 14:12

Xırdalanda bina yandı, sakinlər təxliyə olundu – Video

Read more
Multimedia 25/05/2022 14:02

Vilayət Eyvazov qəbul keçirdi – Video

Read more
Multimedia 25/05/2022 11:08

“Şahin Mustafayev ermənicə sərbəst danışır..”

Read more
Multimedia 25/05/2022 00:56

Bu avtomobil sahiblərinə pul veriləcək – Video

Read more
Multimedia 24/05/2022 17:32

Saakaşvili əməliyyata ehtiyac duyur – VİDEO

Read more
Multimedia 24/05/2022 16:51

Bu rayonda narkotiklə bağlı 6 nəfər tutuldu – Video

Read more
Multimedia 24/05/2022 16:09

Tufana düşüb Bakıya qayıdan təyyarədə həyəcanlı anlar – Video

Read more
Multimedia 24/05/2022 13:39

Avtobuslarda cibgirlik edən şəxsin anbaan görüntüləri – Video

Read more
Multimedia 24/05/2022 12:09

Bakıda yük avtomobili aşdı, xəsarət alan var – Video

Read more
Multimedia 24/05/2022 11:57

Bakıda hərbi formada dilənçilik edənə bu cəza verildi – VİDEO

Read more
Multimedia 24/05/2022 11:44

Ukrayna kamikadze dronlarından istifadə etməyə başlayıb – VİDEO

Read more
Multimedia 24/05/2022 10:14

Zakir Həsənov “Qaraheybət”də yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib – VİDEO

Read more
Multimedia 23/05/2022 18:56

İranda bina çökdü – Ölənlərin sayı artdı+ – VİDEO

Read more
Multimedia 23/05/2022 13:40

“Formula-1 Azərbaycan Qran Prisi 2022” marşalları üçün növbəti təlimlər – Video

Read more
Multimedia 23/05/2022 12:46

Türkiyəli pilotlar Bakı səmasında – Video

Read more
Multimedia 23/05/2022 12:00

Şuşa Real Məktəbi belə olacaq – Video

Read more
Multimedia 22/05/2022 12:21

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Multimedia 21/05/2022 15:02

Binəqədidə 5 evi yaran şəxs tutuldu – Video

Read more
Multimedia 21/05/2022 11:57

FHN Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təlim keçirdi – Video

Read more
Multimedia 21/05/2022 09:41

Bakıda çoxmənzilli yaşayış binasında yanğın oldu – Video

Read more
Multimedia 20/05/2022 18:15

Gədəbəyə dolu düşüb, Şahdağa qar yağıb – Video

Read more
Multimedia 20/05/2022 16:03

Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir – VİDEO

Read more
Multimedia 20/05/2022 12:18

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi – Video

Read more
Multimedia 19/05/2022 23:47

Ermənistanın saxta siqaret və brilyant ticarəti üzə çıxdı – Paşinyanın da əli var – VİDEO

Read more
Multimedia 19/05/2022 15:46

Kəmaləddin Heydərov türkiyəli nazirlə görüşdü – Video

Read more
Multimedia 19/05/2022 11:06

Ötən sutka 4 nəfər xilas edilib – Video

Read more
Multimedia 19/05/2022 01:11

Qarabağda ucaldılan bayraq Hulusi Akara hədiyyə edildi – Fotolar +Video

Read more
Multimedia 18/05/2022 20:09

Avstraliyanın baş naziri meydançada uşağın üstünə yıxıldı – Video

Read more
Multimedia 18/05/2022 17:27

“Anatolian Phoenix – 2022” təliminin ərazisinə baxış keçirilib – VİDEO

Read more
Multimedia 18/05/2022 01:21

Şamili öldürüb 24 gün sonra tutulan şəxs dostu imiş… – Bakıdakı qətlin təfərrüatı – VİDEO

Read more
Multimedia 17/05/2022 11:10

“Düzgün müalicə ilə bronxial astma sağalır” – Allerqoloq Gülnar Quliyeva – VİDEO

Read more
Multimedia 16/05/2022 17:17

Ağalı kəndinə və tikilməkdə olan beynəlxalq hava limanına 35 kV-luq xətt çəkilir – Video

Read more
Multimedia 16/05/2022 17:10

Rəşad Dağlını kim üzr istəməyə məcbur edib? – VİDEO

Read more
Multimedia 16/05/2022 17:05

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Read more
Multimedia 15/05/2022 11:42

FHN əməkdaşları ötən sutka beş nəfəri xilas edib – Video

Read more
Multimedia 14/05/2022 22:54

İlham Əliyev Türkiyədə – Video+

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla