
Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “Molotov kokteyli” atıb.
Bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.
“Kubanın ABŞ-dəki səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur”, – nazir deyib.