Bazar günü Kubanın şərqində baş verən zəlzələlər elektrik infrastrukturunu zədələyib.

Bu barədə Kuba Milli Enerji Şirkəti məlumat yayıb.

Xüsusilə, yeraltı təkanların qeydə alındığı Santyaqo-de-Kuba və Qranma əyalətlərində transformatorlara və kabellərə ziyan dəyib. Nəticədə elektrik enerjisi sisteminin işində fasilələr yaranıb və hazırda onun bərpası istiqamətində işlər aparılır.

İstinadlar Report