Kubanın Quantanamo vilayətində avtobusun aşması nəticəsində 7 nəfər ölüb, 33 nəfər yaralanıb.

Qeyd olunur ki, hadisə “Via Azul” şirkətinə məxsus avtobusun digər nəqliyyat vasitəsini keçməyə cəhd göstərdiyi zaman baş verib.

Salonda 22 əcnəbi vətəndaş olub.

Sürücünün sözlərinə görə, o, yol örtüyünün yaş olmasına görə idarəetməni itirib.

İstinadlar Report