Kubanın Xarici İşlər Nazirliyi ölkənin ABŞ-ın paytaxtı Vaşinqtondakı səfirlik binasının “mühasirəyə alındığını” bildirib.

Nazirlik bu barədə özünün tvitterdəki səhifəsidə xəbər verib.

“Bizim diplomatik nümayəndəliklərimizin mühasirəsi davam edir, bu dəfə Vaşinqtondakı səfirliyimizin ətrafında”, – deyə Kubanın Xarici İşlər Nazirliyinin sosial şəbəkədəki hesabında qeyd edilib.

Paylaşıma əlavə edilən edən şəkillərdə Kubanın Vaşinqtondakı səfirliyinin hasarının plakatlarla və transparantlarla örtülməsi əks olunub.

Qeyd edilir ki, bu səfirlik həmçinin 2020-ci ildə terror aktından zərər çəkib. Lakin ABŞ hökuməti hadisə ilə bağlı indiyə qədər susur.

İstinadlar Report