Mayın 30-31-də Almatıda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurası iclasının iştirakçıları regional çağırışları və təhdidləri müzakirə edəcəklər.

Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tədbir Qazaxıstanın KTMT-yə sədrliyi çərçivəsində keçirilir. Onun iştirakçıları KTMT-nin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri, təşkilatın hərbi komponentinin inkişafı məsələlərini müzakirə edəcəklər”, – nazirlik qeyd edib.

İstinadlar Qafqazinfo