“KTMT Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna və suverenliyinə təhdid yaradır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində çıxışında deyib. 

“Biz təşkilatda iştirakımızı tək KTMT-nin öz öhdəliklərini yerinə yetirmədiyinə görə yox, həm də onun Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid yaratdığına görə dondurmuşuq”, – deyə Paşinyan qeyd edib. 

Paşinyan, həmçinin vurğulayıb ki, ölkəsi KTMT ilə münasibətlərdə geri dönülməsi mümkün olmaya nöqtəyə yaxındır.

İstinadlar Qafqazinfo