
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.
Bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.
O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.
KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.
Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi.