Dünyanın ən populyar kriptovalyutası olan bitkoin həftə sonunda qeydə alınan 2 faizlik artımdan sonra bu gün cüzi ucuzlaşıb

Bitkoinin qiyməti 8 min dollar həddində qalıb.
Belə ki, “CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 0,44% ucuzlaşaraq 8,054 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Belə ki, “Ethereum” 0,78% və ya 507,95 dollaradək ucuzlaşıb, “Ripple” 1,66% (0,65 dollara qədər), “Bitcoin Cash” isə 0,91% (75,75 dollaradək) bahalaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 323,63 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

İstinadlar Trend