Krımın Canköy rayonunda Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib.

Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov məlumat verib.

Onun sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.

Belə ki, Rusiya Silahlı Qüvvələrinin silah-sursat anbarının yandığı qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Krımda hərbi aerodomda da partlayış olub.

***

Yerli sakinlər Krımın Mayskoye kəndindən çıxarılır.

TASS xəbər verir ki, bu barədə Mayskoye kənd yaşayış məntəqəsinin administrasiyasından bildirilib.

Məlumata görə, onlar öz maşınları və ya qoşunları ilə birlikdə kəndi tərk edirlər. Buna imkanı olmayanlar isə avtobuslarla təxliyə edilirlər.

Qeyd edək ki, daha əvvəl Krımda iki böyük partlayışın baş verdiyinə dair məlumat yayılmışdı.