“Ermənistan KTMT-də iştirakını dondurmaqla bağlı rəsmi bildiriş göndərməyib”.

Bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.  

Onun sözlərinə görə, Ermənistan sözügedən məsələ ilə bağlı hər hansı rəsmi addım atmayıb. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24″ə müsahibəsində Ermənistanın KTMT-də (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) iştirakını dondurduğunu bildirib. KTMT Katibliyi N. Paşinyanın bu açıqlamasına münasibət bildirib və ölkənin təşkilatda öz iştirakını dondurması barədə İrəvandan heç bir məlumat daxil olmadığını vurğulayıb.

İstinadlar Qafqazinfo