
Rusiya hələlik Tokyo ilə sülh müqaviləsini müzakirə etmək niyyətində deyil, çünki Yaponiyanı qeyri-dost ölkə hesab edir.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Məlumata görə, D.Peskov Yaponiyanın Baş naziri Siqeru İsibanın ikitərəfli münasibətlərdəki hazırkı çətinliklərə baxmayaraq, ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib.