Rusiya hökumətinin “Telegram” messenceri ilə bağlı sualları olub, lakin heç kim onun təsisçisi Pavel Durovu həbs etməyib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, suallar var idi. Amma heç kim onu burada həbs etməyib”, – Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Jurnalist müsahibədən bir parçanı teleqram kanalında yerləşdirib.

İstinadlar Report