Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Telefon danışğı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Onlar Dağlıq Qarabağda vəziyyətin inkişafı, eləcə də Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin bütün müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu, son bir həftədə Putinlə Paşinyanın ikinci telefon danışığıdır. Bundan əvvəlki danışıq avqustun 2-də olub.