“Türkiyə ilə Rusiya arasında “S-400″ zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya “S-400” zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib. Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib ki, “S-400” zenit-raket kompleksi ilə bağlı təlim almaq üçün Rusiyaya hərbçi göndəriblər.

İstinadlar Report