Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdül Əziz əs Səud Krallığıq İraqla əməkdaşlıq etmək və onu bütün sahələrdə dəstəkləmək arzusunda olduğunu deyib.

Bu barədə “Əl-Arabiyə” telekanalı məlumat yayıb.

Çərşənbə günü monarx Ər-Riyadda İraqın baş naziri Adil Əbdül Məhdini qəbul edib.

“Krallıq İraqın tərəfindədir, bizi din, təhlükəsizlik, ümumi maraqlar birləşdirir və bunları müxtəlif sahələrdə möhkəmləndirmək lazımdır. Krallıq İraqla əməkdaşlıq etmək və ona hər sahədə dəstək vermək və ümumi maraqları həyata keçirmək üzrə əməkdaşlıq etməyə hazırdır”, – deyə Əs-Səud bildirib.

İstinadlar Report