Məşhur “Tatler” jurnalı Britaniya kral ailəsindən olan ən dəbli qadını seçib.
Müvafiq məlumat moda nəşrinin saytında yer alıb.
O, 2011-ci ildə şahzadə Uilyam və Keyt Middltonun toyunda qeyri-adi şlyapasına görə zarafatlara səbəb olmuş II Yelizavetanın nəvəsi şahzadə Beatris olub.
Bu hadisədən sonra şahzadə qarderobunu yenidən nəzərdən keçirdi və daha zərif paltarlar daxil etdi. Belə ki, o, It-girl, Self Portrait, Beulah, The Vampire’s Wife, Reem Acra, Monique Lhuillier kimi brendlərin çeşidinə üstünlük verərək vintage üslubda ətək və gödəkçələr seçməyə başladı.