
Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiç avqustun 18-də Brüsseldə görüşəcəklər.
Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə sözçüsü Peter Stano bildirib.
A.Kurti və A.Vuçiç Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel ilə görüşəcəklər.
Qeyd edək ki, Aİ avqustun 1-də hər iki liderə görüş barədə təklif göndərmişdi.
Xatırladaq ki, Kosovo və Serbiya arasında gərginliyə səbəb Kosova hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar olub.

