Kosta-Rikada 19 nəfər saxta alkoqollu içkinin qurbanı olub.

Bu barədə “News Breaking” bildirib.

Məlumata görə, ölənlərdən 14-ü kişi, 5-i qadınlardır. Qeyd edilir ki, zəhərlənənlər arasında sağ qalanlar da var.

Ölüm hadisələrinin qeydə alınmasından sonra 30 min butulka müsadirə edilib. Hakimiyyət orqanları saxta alkoqollu içkilərlə bağlı araşdırmalara başlayıb.

İstinadlar Report