Kosta Rika hökuməti dövlət sərhədinin bağlanması müddətinin iyunun 30-dək uzadılması barədə qərar qəbul edib.

Bu barədə ölkənin Səhiyyə naziri Daniel Salas məlumat verib.

Qeyd olunub ki, COVID-19 pandemiyası ilə bağlı yük daşımaları daxil olamqala ölkə ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyunun 30-dək uzadılıb.

Lakin Kosta Rikanın sərhədlərini bağlaması bölgədəki beynəlxalq nəqliyyatın hərəkətinin iflic olmasına səbəb olub. Hökumət yük maşını sürücüləri üçün sanitar rejimin yüngülləşdiriləcəyini vəd etsə də, heç bir addımlar atmayıb.

Hazırda Kosta Rikaya daxil olan şəxslər iki həftəlik məcburi karantində qalacaq.

Son məlumatlara görə, ölkədə yeni növ koronavirus 1 022 nəfərdə aşkarlanıb, infeksiyanın yaratdığı xəstəlikdən isə 10 nəfər ölüb.

İstinadlar Report