Kosovonun şimalında serblərlə toqquşmalarda NATO-nun beynəlxalq missiyasının 20-dən çox əməkdaşı yaralanıb.

Bu barədə missiyanın yaydığı məlumatda deyilir.

“Zveçan bələdiyyəsində keçirilən etiraz nümayişçilərinin qarşısının alınması zamanı çoxmillətli kontingentin 25-ə yaxın hərbçisi yaralanıb”, – məlumatda qeyd edilir.

Bildirilir ki, missiyanın italyan, macar kontingenti daha çox hücuma məruz qalıb və müxtəlif xəsarətlər alıblar. Onlara tibbi yardım göstərilib, hazırda həkim nəzarətindədirlər.

İstinadlar Report