Çində yeni doğulmuş körpə koronavirusla 350 saatlıq mübarizədən qalib ayrılıb.

Körpənin anasına hələ hamiləliyin 35-ci həftəsində koronavirus diaqnozu qoyulub.

Nəticədə qadın uşağı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirməyə məcbur olub.

Doğuşdan sonra nəzarət altına götürülən körpə 350 saatlıq müalicədən sonra xəstəxanadan evə buraxılıb. Doğuşdan sonra körpə 4 dəfə testdən keçsə də, bütün nəticələr neqativ çıxıb. Beləliklə, körpənin koronavirusa yoluxmasının qarşısı alınıb.

“2 həftə öncə doğulub. Müalicəmizdən sonra vəziyyəti yaxşıdır və nəfəs ala bilir”, – xəstəxananın həkimi bildirib.

İstinadlar Report